Aktrisanın ölüm qabağı son sözü KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Səhranın bəyaz günəşi” filmində Abdullanı gürcü aktyor Kaxi Kavsadze canlandırıb. O, üç il əvvəl 85 yaşında vəfat edib. Onun həyat hekayəsi çox ibrətamizdir.
Kahi 22 yaşında evlənib. Həyat yoldaşı əvvəlcə ona bir qız, sonra isə bir oğul övladı bəxş edib. Lakin həyat yoldaşı hamiləlik zamanı qripə yoluxub və uşağa zərər gəlməsin deyə antibiotik qəbul etməkdən imtina edib. Doğuşdan sonra isə əvvəlcə ayaqları, daha sonra əlləri iflic olub – qrip ciddi fəsadlar törədib.
Onların 26 illik ailə həyatının 23 ili həyat yoldaşının əlil arabasında keçib. Buna baxmayaraq, Kaxi həmin illəri həyatının ən xoşbəxt illəri adlandırıb. O, həyat yoldaşına özü qulluq edib, onu tək qoymamaq üçün bir sıra rollardan imtina edib. Bunu Kahi ilə yaxın olan insanlar, həmkarları və dostları xatırlayırlar.
İnsan düşünə bilər ki, yəqin bu qadında xüsusi bir şey olub. Bu qadının adı Bella Mirianaşvili idi. O da aktrisa olub.
Bella həmişə gülümsəyib, heç vaxt şikayətlənməyib. Kimsə onu bədbəxt adlandıranda isə buna etiraz edib. Deyirmiş:
— Siz nədən danışırsınız? Mənim gözəl, güclü ərim, iki möhtəşəm övladım var. Siz istəyirsiniz ki, insan tamamilə xoşbəxt olsun?
Ailənin bir neçə fotosuna baxın. Bella Mirianaşvili hamısında gülümsəyir. Həm “Abdulla” ilə gənclik illərində çəkilən şəkillərdə, həm də saçlarına dən düşdüyü yaşlı vaxtlarında…
Kahi Kavsadze həyat yoldaşının son anlarını belə xatırlayırdı:
“Mənim Bellam uzanmışdı. Ondan nəsə soruşmağa başladım, amma cavab vermədi. Sonra rusca dedi: “Məni rahat burax, məni bu səadətdən məhrum etmə!” və gözlərini yumdu. Əvvəlcə elə bildim ki, sadəcə yuxuya getdi. Beləcə mən öz Bellamsız qaldım…”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 19 Sentyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















