Icma.az
close
up
RU
Aktyorların belə pul ala bilmədiyi kino necə tarixin ən yaxşı 5 ci filmi oldu?

Aktyorların belə pul ala bilmədiyi kino necə tarixin ən yaxşı 5 ci filmi oldu?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

IMDb-nin ən yaxşı 250 film siyahısında yer alan, 1957-ci ildə nümayiş olunan və illərlə dərs materialı kimi istifadə edilən bir film var. Bəs çəkildiyi dövrdə heç bir kassa uğuru qazanmayaraq, bəzi aktyorların hətta pulunu belə ala bilmədiyi filmin hekayəsi nədir?

Qaynarinfo xəbər verir ki, söhbət Sidney Lumetin çəkdiyi 1957-ci il istehsalı olan "12 Angry Men” – Azərbaycan dilində "12 Qəzəbli Kişi” filmindən gedir. Bütün zamanların ən nüfuzlu filmlərindən sayılan bu şah əsəri demək olar ki, tamamilə bir otaqda keçən sadə quruluşuna baxmayaraq, onilliklərdir təsirini itirməyən bir kult əsərə çevrilib.

Filmin mövzusu nədir?

Filmin hekayəsi, qətldə günahlandırılan bir gəncin taleyini müəyyənləşdirmək üçün bir araya gələn 12 münsif üzvünün müzakirələrinə əsaslanır. İlk baxışda cinayətin baş verdiyi tamamilə aydın görünür; sanki qərar çoxdan verilib. Lakin münsiflərdən biri "Bir insanın həyatı müzakirə mövzusudursa, tələsməməliyik" deyərək şübhələrini ifadə edir. Bundan sonra otaqda başlayan gərginlik tədricən hər bir münsifin qorxularını, qəzəbini və vicdanını üzə çıxaran dramatik bir qarşıdurmaya çevrilir.

Büdcəsi nə qədər idi?

"12 Qəzəbli Kişi" Sidney Lumetin rejissor kimi çəkdiyi ilk film idi. 96 dəqiqəlik film cəmi 340.000 dollar büdcə ilə ərsəyə gəlib.

Kassada uğursuzluq

"12 Qəzəbli Kişi”, dövrün Hollivud əyləncə üslubuna uyğun olmayan, aksiyondan çox dialoqlara söykənən bir film olduğu üçün nümayiş olunduğu ildə gözlənilən diqqəti görməyib. Tək məkan, ulduz aktyor azlığı və dramatik quruluş səbəbilə geniş kütlə filmi seçməyib.

"Screen Rant"ın məlumatına görə, həmin dövrdə böyük ulduz olan və filmdə 8 nömrəli münsifi canlandıran Henri Fonda, studiyanın bölgü strategiyasından məyus olub. O düşünürmüş ki, rəhbərlik filmi tamaşaçıya çatdırmaq və gəlir əldə etmək üçün lazım olan şansı verməyib. Buna baxmayaraq, Fonda bu filmi karyerasının ən yaxşı işlərindən biri adlandırıb və onu "möhtəşəm” kimi səciyyələndirib.

Film gəlir gətirmədiyi üçün Henri Fonda heç öz maaşını ala bilməyib.

Necə əfsanəyə çevirildi?

Bəs necə oldu ki, film klassikləşdi? Zaman keçdikcə film kino məktəblərinin, hüquq fakültələrinin və ədalət mövzulu dərslərin ayrılmaz materialına çevrilib. Tənqidçilər filmi yenidən dəyərləndirərək deyir:

* möhtəşəm aktyor oyunu,

* gərginlik yaratmaqdakı sadəlik və ustalıq,

* tək məkan olmasına baxmayaraq heç sıxmayan dinamika,

* insan təbiətinə dair iti müşahidələr

Film yavaş-yavaş bütün dünyada kult izləyici kütləsi qazanıb və nəticədə IMDb TOP-250 siyahısında 5-ci yerə qədər yüksəlib.

Filmin "Rotten Tomatoes"da tənqidçi balı tam 100-dür. IMDb balı isə 9.

"Screen Rant"a görə, filmin məşq prosesi aktyorlar üçün olduqca çətin keçib. Rejissor Sidney Lumet aktyorları saatlarla eyni otaqda qalmağa və replikalarını dəfələrlə təkrarlamağa məcbur edib — özü də heç bir çəkiliş aparmadan. Bu üsul aktyorlara həddindən artıq isti bir otaqda, dünyadan təcrid olunmuş vəziyyətdə qalan bir qrup kişinin nə hiss etdiyini real şəkildə yaşatmaq üçün seçilib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri