Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

Alban diplomatın Qərbi Azərbaycan həqiqəti axtarışı

Alban diplomatın Qərbi Azərbaycan həqiqəti axtarışı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənci Muçay: “Azərbaycanın  Ermənistandakı tarixi və mədəni irsi: Ermənistanın onu qorumaq və bərpa etmək öhdəliyi”

(əvvəli ötən saylarımızda)

Müasir tarixin qlobal təcrübəsi

Müasir tarixdə, mədəni irsin məhv edilməsi ilə bağlı qlobal miqyasda geniş qınama ilə qarşılanan bir neçə nümunə mövcuddur. Aşağıda bəzi diqqətəlayiq halları qeyd etmək olar:

Balkan müharibələri (1990-cı illər): Yuqoslaviyanın dağılması zamanı mədəni irsin, xüsusilə də dini və tarixi abidələrin məqsədli şəkildə məhv edilməsi beynəlxalq miqyasda geniş qınanmışdır.

Palmira (Suriya): İŞİD tərəfindən Palmiranın qədim şəhərinin dağıdılması tarixi və mədəni cinayət kimi qəbul edilmiş və BMT tərəfindən qətiyyətlə pislənmişdir.

Mali, Timbuktu (2012): Silahlı qruplar tərəfindən Timbuktu şəhərinin qədim məscidlərinin və məzarlarının məhv edilməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmış və bu əməllərə görə Beynəlxalq Cinayət Məhkəməsində məsuliyyətə cəlb olunmuşdur.

Təkliflər

Hüquqi cavab: Azərbaycanın mədəni irsinin məqsədli şəkildə məhv edilməsi və ya mənimsənilməsi ilə bağlı əməllər beynəlxalq hüquq normalarına əsasən müharibə cinayəti kimi qiymətləndirilməli və məsul şəxslər ədalət qarşısında cavab verməlidirlər.

Beynəlxalq nəzarət: UNESCO və digər beynəlxalq təşkilatlar bu cür dağıntıların araşdırılması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmləri yaratmalıdır.

Maarifləndirmə: Beynəlxalq ictimaiyyətdə bu mövzuda məlumatlılığın artırılması üçün tədqiqatlar, seminarlar və sərgilər təşkil edilməli, Qafqaz Albaniyası abidələrinin Azərbaycanın irsinin bir hissəsi olduğunu sübut edən tarixi faktlar geniş yayılmalıdır.

Bu cür dağıntılar yalnız keçmişə hörmətsizlik deyil, həm də gələcək nəsillər üçün tarixin və mədəni irsin itirilməsi təhlükəsi yaradır. Bu səbəbdən, beynəlxalq səviyyədə həm hüquqi, həm də mədəni səylərin gücləndirilməsi vacibdir.

Xülasə

Azərbaycanın mədəni irsinin məhv edilməsi və ya buna laqeyd qalınması sülh prosesinə mənfi təsir göstərən mühüm məsələdir. Bu yerlərin bərpası və qorunması, hər iki xalqın mədəni və tarixi miraslarının tanınması və hörmət edilməsi ilə barışığa doğru addım ola bilər. Belə abidələrin qorunması beynəlxalq mədəni irsin mühafizəsi normalarına uyğun olmaqla yanaşı, qarşılıqlı hörmətin təşviqinə də xidmət edir. Bu isə Ermənistan və Azərbaycan arasında davamlı sülhün əsas şərtidir.

Ermənistanda Azərbaycan mədəni irsinin qorunması, mühafizəsi və bərpası etimad, hörmət və əməkdaşlıq üçün əsas yaratmaq baxımından həyati əhəmiyyət kəsb edir. Bu yerlərin qorunması Ermənistanın bölgənin ortaq tarixini tanımasını, barışığı təşviq etməsini və davamlı sülh üçün zəmin yaratmasını təmin edə bilər.

Mədəni irsə bağlılıq xoş niyyətin simvolik və praktiki jesti kimi də çıxış edə bilər ki, bu da tarixi narazılıqları aradan qaldırmağa, dialoq, birlik və qarşılıqlı anlayış üçün yollar yaratmağa kömək edə bilər.

Şəxsi düşüncələr 

Ağdam, Füzuli və Şuşa şəhərlərinə səfərim məni dərin təsirləndirdi. Bu, bir vaxtlar çiçəklənən, lakin indi bərpa olunan yerlər, həm ürəkağrıdan, həm də ilhamverici idi. Bu şəhərlərdən keçdiyim hər addım tarixə bir səyahət idi – dağıntılarla, dözümlülüklə və daha parlaq bir gələcəyə ümidlə dolu bir tarix. Bu səfər mənə bu şəhərlərin yenidən qurulması, mədəni irsin qorunması və Azərbaycan xalqının ləyaqətinin bərpası üçün görülən monumental səylərə birbaşa şahidlik imkanı verdi.

Ağdam: dağıntılar içində ümidlər 

Ağdama daxil olduğum an, gördüyüm mənzərə məni sarsıtdı. Şəhər, böyük bir qəbiristanlıq təəssüratı yaradırdı. Dağıdılmış və talan edilmiş evlər sonsuzluğa qədər uzanırdı və bu sükut ürək ağrıdırdı. Bu xarabalıqlar arasında gəzişərkən, burada baş verən faciənin ağırlığını dərindən hiss etdim. Ağdam bir zamanlar on minlərlə insanın vətəni olmuşdu, lakin indi onun rəngarəng keçmişindən yalnız qalıqlar qalıb.

Ən təsirli anlardan biri, Ağdam məscidinin qarşısında dayandığım an idi. Məscidin divarları hələ də laqeydliyin və təhqirin izlərini daşıyırdı, lakin o, Azərbaycan mədəniyyətinin və inancının tolerantlıq simvolu kimi qürurla dayanırdı. Bərpa işlərinin davam etdiyini görmək mənə ümid verdi. Əvvəl işğal zamanı mal-qara saxlamaq üçün istifadə edilən bu məscid indi əvvəlki əzəmətinə qaytarılır. Bu, adi  bina deyil –  Azərbaycan mədəniyyətinin və imanının, dözümünün təcəssümüdür.

Mən həmçinin bir zamanlar tamaşaçıların gülüş və alqış səsləri ilə dolu olan Ağdam Dram Teatrının qalıqlarını da ziyarət etdim. İndi o, öz əvvəlki halının kölgəsi kimi qalır, görənlərə işğal zamanı vurulan mədəni zərəri  xatırladır. Lakin mənə xoş oldu ki, teatrın yenidən qurulması ilə bağlı planlar var və o, yenidənqurmanın simvoluna çevriləcək.

Ağdamın yaraları dərin olsa da, davam edən yenidənqurma və açıq səma altında muzey yaratmaq planları məni bu şəhərin sadəcə yaşamaq üçün yer kimi yox, həm də Azərbaycanın dözümlülüyünün canlı bir simvolu kimi yenidən ayağa qalxacağına ümidləndirir .

Füzuli: yenidən qazanılmış şəhər

Füzuliyə səfərim də eyni dərəcədə emosional idi. Ağdam kimi, bu şəhər də illərlə davam edən işğaldan sonra xarabalığa çevrilmişdi. Lakin, indi həyatın və yenidənqurmanın əlamətləri ortaya çıxmağa başlayır. Mən yeni infrastrukturun qurulduğu yerlərdən keçdim və tikinti komandalarının köçkün sakinlərin qayıtması üçün şəhəri hazırlamaq üçün yorulmadan çalışdıqlarını gördüm.

Füzulidə ziyarət etdiyim ən təsirli yerlərdən biri “Araz” qəzetinin redaksiya binasının qalıqları idi. Bu tarixi yer işğal dövründə ciddi zərər görmüşdü. Onun bərpası demək olar ki, tamamlanıb və onu yenidən canlandırmaq üçün işçi heyətin sadiqliyini görmək mənə qürur hissi verdi.

Füzulidə məni ən çox təsirləndirən tanış olduğum insanların əzmkarlığı idi. Bir çoxu öz köklərinə olan dərin bağlılıqla doğma şəhərlərini yenidən qurmağa qayıdan işçilər idi. Onların itki və ümidlə dolu hekayələri bu bölgəni xarakterizə edən dözümlülüyü mənə xatırlatdı.

Şuşa: mədəniyyətin dirçəlişi

Şuşa səfərimin, bəlkə də, ən emosional hissəsi oldu. Azərbaycanın mədəniyyət paytaxtı kimi tanınan bu şəhər tarixi və simvolik baxımdan böyük əhəmiyyət daşıyır. Şəhərin küçələrində gəzərkən onun tarixi və işğal zamanı çəkdiyi ziyanı  sözün əsl mənasında hiss etdim.

Mənim ilk ziyarət etdiyim yer XIX əsrin möhtəşəm abidəsi olan Yuxarı Gövhər Ağa Məscidi oldu. Bu məscid işğal zamanı zərər görmüş, lakin indi həssaslıqla bərpa edilir. Orada dayanarkən, şəhərin bir zamanlar canlandığı həyat təsəvvürümə gəlirdi və onun yenidən dirçəlməyinə dair dərin ümid hiss etdim.

Şəhər boyunca gəzərkən, yeni evlərin tikildiyini, məktəblərin yenidən açıldığını və ailələrin geri döndüyünü gördüm. Hazırda sakinlərin əksəriyyəti hərbi personal, polis və dövlət məmurlarıdır, lakin mülki həyatın qayıtmasının əlamətlərini görmək məni ürəkləndirdi.

Ən yaddaqalan anlardan biri  də bir qrup məktəbli oğlanın mənə yaxınlaşması oldu. Onlar şəhər barədə təəssüratlarım ilə maraqlandılar və məktəb tapşırıqları çərçivəsində düşüncəli suallar verdilər.

Onların öz irslərinə olan qüruru və gələcəyə olan ümidləri hiss olunurdu. Mən onlara Azərbaycanın tarixə qarşı ədalətsiz münasibətlə üzləşdiyini, lakin yenidənqurma səylərinin və onların nəsillərinin nikbinliyinin gələcəklərinin valideynlərindən daha parlaq olacağına inam verdiyini söylədim. Mən həmçinin onlara gələcəyə baxmağı və müharibənin izlərini unutmayaraq irəliləmələrini tövsiyə etdim.

Ümumi təəssüratlar

Ağdam, Füzuli və Şuşada keçirdiyim vaxt tarix boyunca səyahətə bənzəyirdi. Bu tarix həm faciələrlə, həm də səbrlə müşayiət olunurdu. İşğal zamanı baş verən dağıntılar təkcə fiziki yox,  həm də mədəni xarakterli idi. Bu dağıdıcılıq zəngin irsin silinməsinə yönəlmişdi.

Lakin yenidənqurma səylərini müşahidə etdikcə, Azərbaycan hökumətinin bu şəhərləri bərpa etmək öhdəliyinə görə dərin minnətdarlıq hissi keçirdim.

Hazırda baş verən transformasiya monumental miqyasdadır. Ağdamın xarabalıqlarından Şuşanın ümidverici küçələrinə qədər keçmiş və gələcək arasındakı ziddiyyət çox təsirli idi. Köçkün ailələrin könüllü olaraq evlərinə qayıtması, yeni mədəniyyət abidələrinin bərpası və ümidlə böyüyən gənclər bu şəhərlərin sadəcə bir məkan deyil, dözümlülük, qürur və yenilənmə simvolu olduğunu mənə bir daha xatırlatdı.

Ağdam, Füzuli və Şuşa boyunca səyahətim çox şəxsi təcrübə idi. Bu, mənə Azərbaycanın tarixini yenidən özünə qaytarmaq və daha yaxşı bir gələcək qurmaq üçün olan güc və qərarlılığını xatırlatdı. Bir zamanlar dağıntıların simvolu olan bu şəhərlər indi ümid və dözümlülük simvollarına çevrilir.

Keçmişin yaraları həmişə qalacaq, lakin burada formalaşan gələcək ləyaqət, qürur və yenilənmə ilə doludur. Mən bu şəhərlərin təkcə yenidən qurulacağına deyil, həm də Qafqazda mədəniyyət və tarix mərkəzləri kimi yenidən çiçəklənəcəyinə əminliklə ayrıldım.

Hazırladı: 
T.AYDINOĞLU 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri