Qərbi Azərbaycan Xronikası: Alban türk memarlığını fərqləndirən əsas əlamətlər
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
“Report” xəbər verir ki, “Alban-türk memarlığını fərqləndirən əsas əlamətlər” adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov Qərbi Azərbaycanda mövcud olan memarlıq nümunələrindən, alban-türk memarlığını fərqləndirən əsas əlamətlərdən söz açıb.
O bildirib ki, Qərbi Azərbaycanda memarlıq nümunələrinin əksər hissəsi tam dağıdılıb: “Ermənilər məxsusi şəkildə türbələrə ziyan vururdular. Ermənilər abidələrin üzərində tarixləri dəyişib, sütunlar qoyub, saxtalaşdırırlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 Fevral 2025 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















