Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Albaniyanın populyar nəşri Naxçıvandan yazdı

Albaniyanın populyar nəşri Naxçıvandan yazdı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Albaniyanın paytaxtı Tiranada nəşr edilən "Alplar Qəzeti" (Gazeta e Alpeve) 16–30 iyun 2026-çı il tarixli sayında "Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tarixən də belə olub" adlı geniş məqalə dərc olunub. Bu barədə qəzetə məlumat verən tədqiqatçı Əli Şamil bildirib. O, qeyd edib ki, məqalənin müəllifi Entela Muço Albaniyanın tanınmış tarixçisi, osmanlışünası və arxiv tədqiqatçısıdır. O, xüsusilə Osmanlı dövrü Balkan tarixi, Albaniya–Türkiyə və Albaniya–Azərbaycan tarixi-mədəni əlaqələri sahəsində araşdırmaları ilə tanınır. Uzun illərdir Albaniya Dövlət Arxivində çalışır və osmanlı türkcəsində yazılmış arxiv sənədlərinin öyrənilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərir. 

Entela Muço 1968-ci il martın 27-də Tiranada anadan olub. 1986–1990-cı illərdə Tirana Universitetinin Tarix fakültəsində ali təhsil alıb. Sonrakı illərdə Türkiyə hökumətinin və Albaniya Təhsil Nazirliyinin proqramları çərçivəsində İstanbul Universitetində osmanlı dili və tarixi üzrə ixtisaslaşıb. 2011-ci ildən Albaniya–Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədridir. Bu vəzifədə o, iki ölkə arasında elmi, mədəni və humanitar əməkdaşlığın inkişafına, Azərbaycanın tarixinin və mədəniyyətinin Albaniyada tanıdılmasına mühüm töhfələr verir. Onun təşəbbüsü ilə çoxsaylı konfranslar, kitab təqdimatları, elmi məruzələr və mədəni tədbirlər təşkil olunmuşdur. 

Entela Muçonun elmi maraq dairəsinə Osmanlı imperiyasının Balkan siyasəti, Albaniya tarixi, Azərbaycan tarixi, Qafqaz araşdırmaları və türk xalqlarının mədəni əlaqələri daxildir. O, Azərbaycan mövzusunda çoxsaylı elmi məqalələrin, o cümlədən Qarabağ, Şuşa, Naxçıvan və Azərbaycan dövlətçilik tarixinə dair araşdırmaların və 2023-cü ildə Albaniyada Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə kitab nəşr edilən "Heydər Əliyevin həyatı, fəaliyyəti və düşüncələri" kitabının müəllifidir. AMEA Tarix İnstitutunun şöbə müdiri İradə Məmədova, Bakı Avrasiya Universitinin kafedra müdiri Elmira Məmmədova-Kekeç, professor Səadət Şıxıyeva, Xəzər Universitetinin dosenti Aynur Qəzənfərqızı, araşdırmaçı-alim Fariz Xəlil, Qardaş Türkiyənin tanınmış tarixçi və dilçi alimləri Əli Arslan, Ömər Turan və Mustafa Balcının yaxından iştirakı ilə alban dilində işıq üzü görən bu nəşr Entela Muçonun təkcə Albaniyada deyil, həm də Azərbaycanın elmi ictimaiyyəti tərəfindən tanınmasına, onun Azərbaycanşünaslıq istiqamətində apardığı tədqiqatların yüksək qiymətləndirilməsinə və Azərbaycan–Albaniya elmi-mədəni əlaqələrinin inkişafında nüfuzlu tədqiqatçı kimi qəbul edilməsinə əhəmiyyətli təsir göstərmişdir.

Entela Muço Azərbaycan alimləri ilə sıx əməkdaşlıq edir, Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədbirlərində və beynəlxalq simpoziumlarda müntəzəm iştirak edir. Onun fəaliyyəti Albaniya ilə Azərbaycan arasında elmi və mədəni körpülərin möhkəmləndirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.

Entela Muçonun "Alplar Qəzeti"ndə dərc edilən  azıda Albaniya ictimaiyyətinə Naxçıvanın tarixi, siyasi-hüquqi statusu və Azərbaycan dövlətçiliyində tutduğu yer haqqında ətraflı məlumat təqdim edilir. Məqalədə Naxçıvanın tarixən Azərbaycan torpağı olduğunu tarixi faktlar, arxiv sənədləri və beynəlxalq hüquqi sənədlər əsasında izah edilirir və qeyd olunur ki, Naxçıvan qədim Azərbaycan torpağıdır və müxtəlif tarixi dövrlərdə burada Azərbaycan dövlətləri hökmranlıq edib. Məqalədə XIX əsrdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etməsi, ermənilərin bölgəyə köçürülməsi, eləcə də XX əsrin əvvəllərində Naxçıvan ətrafında yaranmış mürəkkəb siyasi vəziyyətə toxunulur. Müəllif vurğulayır ki, 1921-ci il Moskva və Qars müqavilələri Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi statusunu beynəlxalq hüquq müstəvisində təsbit etmişdir. 

Məqalədə həmçinin Ermənistanın müxtəlif dövrlərdə Naxçıvana qarşı ərazi iddialarının tarixi və hüquqi əsasının olmadığı qeyd edilir. Müəllif Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanındığını, Naxçıvanın isə bu bütövlüyün ayrılmaz hissəsi olduğunu diqqətə çatdırır. Yazıda Naxçıvanın geostrateji mövqeyi, Türkiyə ilə quru sərhədinin əhəmiyyəti və bölgənin Cənubi Qafqazın siyasi-coğrafi sistemində oynadığı mühüm rol da izah edilir.

Məqalənin diqqətçəkən cəhətlərindən biri Naxçıvanın demoqrafik inkişafını əks etdirən statistik cədvəlin təqdim olunmasıdır. Bu cədvəldə XIX əsrdən başlayaraq bölgədə azərbaycanlıların və digər etnik qrupların say dinamikası müqayisəli şəkildə göstərilir. Bundan başqa, məqalədə Naxçıvanın yerləşdiyi coğrafi mövqeyi göstərən xəritə də  dərc olunaraq yazının dəyəri artırılıb. Ümumilikdə, bu bir səhifəlik məqalə Albaniya oxucularına  Naxçıvanın tarixi keçmişi, hüquqi statusu və Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə faktlara əsaslanan ümumiləşdirilmiş məlumatlar yer alır. 

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada nəşr edilən "Alplar Qəzeti" ölkənin populyar nəşrlərindəndir. Alban dilində nəşr edilən qəzet "Alp Konvensiyası" (Konventa Alpine) təşkilatının nəşri kimi fəaliyyət göstərir və Albaniyanın Alp bölgələrinin davamlı inkişafı, ətraf mühitin qorunması, ekoturizm, yerli icmaların fəaliyyəti, mədəni irsin təbliği və regional əməkdaşlıq mövzularına xüsusi yer ayırır. Bununla yanaşı, ölkənin şimal dağlıq ərazilərində yaşayan əhalinin sosial-iqtisadi problemləri, mədəni tədbirlər və beynəlxalq layihələr barədə də mütəmadi materiallar dərc edir.

Namiq Qədimoğlu

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 05:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri