Aldığı telefonun kreditini ödəyə bilmədi: Arvadını döydü
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Bakıda kişi həyat yoldaşını döyüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.
Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Bədəl Ağayev (soyadı şərtidir - red.) həyat yoldaşı ilə birlikdə Xaçmazdan Bakıya, qayınanasının evinə köçüb. O, həyat yoldaşı üçün kreditlə mobil telefon götürüb və krediti dayısının adına rəsmiləşdirib. Bir neçə ay keçməsinə baxmayaraq Bədəl telefonun kreditini ödəməyib. Buna görə də dayısı Bədəldən telefonu tələb edib. Bədəl həyat yoldaşından telefonu alıb dayısına qaytarmaq istəsə də, qadın telefonu verməyib və nəticədə ərlə arvad arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Bədəl həyat yoldaşının başından bir zərbə endirib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və Bədəl saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Bədəl Ağayev 1 200 manat cərimə edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 17 Noyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















