Icma.az
close
up
RU
Aleksandr Düma Oğuzda olubmu? Qafqaza səfərin pərdəarxası

Aleksandr Düma Oğuzda olubmu? Qafqaza səfərin pərdəarxası

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az İmran Verdiyevin fransız yazıçı Aleksandr Dümanın Qafqaz səfəri haqqında yazısını təqdim edir.

Biz fransız yazıçısı Aleksandr Dümanı daha çox “Qraf Monte Kristo”, “Üç muşketyor”, "Qara zanbaq" və s. kimi məşhur əsərlərinə görə tanıyırıq. Onun XIX əsrdə Azərbaycanda olduğunu və “Qafqaz səfəri” adlı maraqlı əsər yazdığını da bilirik.

Mənbələrdən məlumdur ki, A.Düma 1858-ci ilin ikinci yarısından (noyabrdan) 1859-cu ilin əvvəlinə (fevrala) kimi Rusiya imperiyası ərazisində olmuşdur. Peterburq, Moskva, Qazan, Saratov şəhərlərində olan yazıçı Həştərxandan keçməklə Qafqaza da gəlmiş, bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd, Quba, Bakı, Şamaxı və Nuxada (Şəkidə) olmuşdur. O, Nuxadan Tiflisə, oradan Potiyə getmişdir. Dəniz yolu ilə Potidən İstanbula gedən Düma oradan Marselə qayıtmışdır. Vətəninə qayıdan yazıçı səfər xatırələrini yuxarıda da adını qeyd etdiyimiz “Qafqaz səfəri” adlı əsərində oxucuları ilə bölüşüb.

Bilirik, bunlar maraqlanan hər kəsə məlumdur. Amma biz diqqəti başqa məsələyə cəlb etmək istəyirik. Görəsən, A.Düma “Azərbaycanın İsveçrəsi” adlanan Vartaşendə də (indiki Oğuzda) olubmu? Vartaşenin özünü yox, onun ərazisini nəzərdə tuturuq. (Onu da qeyd edək ki, həmin dövrdə Vartaşenin ərazisi Nuxa qəzasına daxil idi.) Təəssüf ki, bəziləri əsassız olaraq yazıçının bu yerlərdə olmadığını, bu yerlərdən keçmədiyini, bu yerləri görmədiyini söyləyirlər. Biz isə əksini fikirləşirik.

Çünki birincisi, Şamaxıdan faytonla yola çıxan və Ağsu (“Yeni Şamaxı”)-İsmayıllı-Qəbələ-Şəki marşurutu ilə Nuxaya doğru hərəkət edən yazıçı Oğuzun ərazisindən uçaraq keçə bilməzdi.

İkincisi, “Qafqaz səfəri” əsərində müəllifin yolboyu təbiətin gözəlliyindən həvəslə yazdığı qeydləri, Şəkiyə getdiyi yolların sıx meşələrdən, sıldırımlı-qayalı dağlardan ibarət olması barədə təsvirləri keçmiş Vartaşenin (indiki Oğuzun) təbiəti, onun coğrafi əlamətləri ilə birə-bir uyğunluq təşkil edir:

“...Zirvəsi qarla örtülmüş bu dağların əzəmətli və adamı heyran edən görünüşü vardı. Qafqaz sıra dağlarının tayı-bərabəri olmayan Alazan vadisi ilə irəliləyirdik”. A.Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları da bunu göstərir.

Üçüncü, rayon əhalisi arasında dolaşan bir rəvayətdə söylənilir ki, keçmişdə faytonla yol ötən çox hörmətli bir “firəng” (çox güman ki, A.Düma olub – İ.V) rayonun Bayan kəndi (bəlkə də, Vartaşenqışlaq kəndi) ətrafındakı Əlican çayının yaxınlığında qısa müddət dayanıb, yerlilərlə söhbət edibmiş. Onun rayonda yaşayan udilər haqqında da ilk dəfə burada eşitdiyi güman olunur. Rəvayətlərin əfsanələrdən fərqli olaraq həqiqətə daha yaxın olduğunu nəzərə alaraq, bunu inandırıcı saymaq olmazmı?! (Mən bu rəvayəti ilk dəfə 10-15 il bundan əvvəl ən azı 75-80 yaşlı bir udi tanışımdan eşitmişdim. O da babasından eşitdiyini söyləyirdi.) “...görüşüb ünsiyyətdə olduğu insanların heç birindən sərf-nəzər etməmiş, rastlaşdığı heç bir təbiət gözəlliyinə, estetik dəyərə biganə qalmamış, bazarlardan tutmuş, ov macəralarına qədər hər şeyin fərqinə varmış, “kökünə getmiş”, hətta Oğuz-Qəbələ zonasında da yetişən şabalıdı “Qəbələ xurması” adlandıran Düma ola bilməzdi ki, ərazisindən keçdiyi Oğuzla (Vartaşenlə) maraqlanmasın.

Dördüncü, məşhur yazıçı əsərin özündə bir neçə dəfə “Vartaşen” adını çəkir, burda udilərin yaşadığını söyləyir, onların haqqında bir sıra məlumatlar təqdim edir ki, bu da onun həmin bölgə barədə az da olsa, məlumatının olduğunu, ən azından bu bölgə ilə maraqlandığını bildirir.

A.Dümanın Vartaşendə yaşayan udunlər haqqında verdiyi məlumatlar da maraqlıdır. Onun “Qafqaz səfəri” (Bakı-2010, “Qafqaz”) əsərinin 264-265-ci səhifələrində oxuyuruq: “Səhər yeməyi zamanı hamı udinlərdən danışırdı. İndi siz məndən soruşacaqsınız ki, udinlər kimdirlər? Sizə bu başdan deyim ki, özüm də bunu yaxşı bilmək istərdim...Udinlər Qafqazda yaşayan tayfalardan biridir, ancaq elə az saylıdırlar ki, heç ağlım kəsmir ki, yerli əhalinin siyahıya alınması zamanı onların sayı da ayrıca qeyd edilsin. Ancaq bununla belə, digərləri kimi, bu tayfa da diqqətəlayiqdir. Onların haradan gəldikləri bəlli deyil və heç kimin anlamadığı və heç bir dilə bənzəməyən bir dildə danışırlar. Özləri də bu qeyri-müəyyənlikdə itib batırlar, ha əlləşsələr də, yeni bir şey öyrənə bilmirlər...Onlar iki kənddə yaşayırlar. Biri Nuxadan qırx verst aralıda yerləşən Vartaşendir.. İkincisi isə, Vartaşenin otuz verstliyində, Şamaxı tərəfdədir. (yəqin ki, Qəbələnin Nic kəndi nəzərdə tutulur – İ.V.) Mən udinlərdən heç olmasa, birini görmək istəyirdim. Knyaz Tarxanov elə həmin dəqiqə göstəriş verdi və bir udin tapıb yanıma gətirdilər. Bu, bəstəboy, gözləri qaynayan, qarasaqqal, təxminən otuz yaşlarında bir kişi idi. O, Nuxada müəllim işləyirdi. Onun adı Sorgi Bejanov idi. Mən nahara qədər həmin udini saxladım və bəzi sözlərdən əlavə ondan heç nə öyrənə bilmədim”. Apardığımız araşdırmalar göstərir ki, burada adı çəkilən “Sorgi Bejanov” əslində Vartaşen udilərindən olan Georgi Stepanoviç Bejanov olub. O, udi dilinin tədqiqatçısı, rusca-udicə lüğətin tərtibçisi olub. (Qardaşı Mixail Stepanoviç Bejanov da tanınmış tədqiqatçı olub.) Nuxa məktəbində müəllim işləmişdir. Atası Stepan Bejanov 1860-cı ildə Vartaşendə məktəb açmışdı. Georgi sonralar (1880-1888-ci illərdə) həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirmişdir.

Bir sözlə, A.Dümanın Vartaşen (indiki Oğuz) rayonunda olduğu, burada yaşayan xalqlarla maraqlandığı, Oğuz təbiətinin gözəlliyin heyran qaldığı, bir müddət bu səfalı yerlərin də havası ilə də nəfəs aldığı şübhəsizdir.

Buna görə də “Düma Qafqazda” beynəlxalq və "Qafqazdakı A.Düma", “Şimal-qərb bölgəsində A.Dümanın izi ilə” və digər yerli turizm marşrutlarına Şimal-qərb regionları olan Balakən, Qax, Qəbələ, Zaqatala, Şəki inzibati rayonları ilə yanaşı Oğuzun da daxil edilməsi təsadüfi sayılmamalıdır.

Bakıda “Fransa kinosu günləri” Ruslan Şahmalıyev Rusiyada vəfat etdi Firuzə Məmmədli: "Atam dedi ki, ərə getməsən, özümü öldürəcəm" - Müsahibə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 May 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri