Bakı Uşaq və Gənclər Teatrından Zəfər gününə ÖZƏL layihə bu dəfə Füzulidə+FOTO
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moderator.az xəbər verir ki, qələbəmizin 5 illiyinə həsr olunmuş “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Bakı Uşaq və Gənclər Teatrı ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə birgə tamaşa və tədbirlər keçirir. Sözügedən layihənin üçüncü səfəri 7 noyabrda Füzuli Dövlət Dram Teatrı ilə birgə Horadiz şəhərində həyata keçirilib.
Tədbirin aparıcıları Füzuli Dövlət Dram Teatrının aktrisası Püstə Əhmədova, Bakı Uşaq və Gənclər Teatrının aktyoru Mehman Piriyev tamaşaçıları salamladıqdan sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımız bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib. Daha sonra hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat verilib. Hər iki teatrın rəhbərlərini-Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor İntiqam Soltanı və Azər Abbasovu səhnəyə dəvət ediblər. Azər Abbasov Bakı Uşaq və Gənclər Teatrının kollektivini salamlayaraq, bu layihənin əhəmiyyətini xüsusi vurğulayaraq uğurlar arzulayıb.
Proqramda Füzuli Dövlət Dram Teatrının aktyorları İntizar Quliyeva və Zamin Quliyevin ifasında Qarabağa həsr olunmuş kompozisiya nümayiş olunub.
Kompozisiyanın rejissoru FDDT baş rejissoru, prezident mükafatçısı Mirzə Nicatdır. Daha sonra Bakı Uşaq və Gənclər Teatrının repertuarında xüsusi yer tutan "Vətən" tamaşası aktyorlar - Niyaz İlyasoğlu, Rauf Hüseynli, Qurban Əhmədovun ifasında nümayiş olunub. Tamaşanın rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır.
Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, layihənin rəhbəri İntiqam Soltan Füzuli Dövlət Dram Teatrına Bakı Uşaq və Gənclər Teatrının
“ADDIM-ADDIM VƏTƏNDƏ” layihəsinə verdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib. Füzuli Dövlət Dram Teatrının direktor əvəzedicisi Azər Abbasov isə Bakı Uşaq və Gənclər teatrına Fəxri Fərman təqdim edib.
Layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə birgə həyata keçirilib. Layihəyə teatr ilinin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festivalla yekun vurulması planlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 08 Noyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















