Icma.az
close
up
RU
İslamiada: Azərbaycan idmançıları bu gün 6 növdə mübarizə aparacaqlar

İslamiada: Azərbaycan idmançıları bu gün 6 növdə mübarizə aparacaqlar

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ər-Riyad, 8 noyabr, Elnur Salahov, AZƏRTAC

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan təmsilçiləri 6 idman növündə qüvvəsini sınayacaqlar.

Ağırlıqqaldırma yarışında Nuray Əbilova (48 kiloqram), Selcan Qarayeva (53 kiloqram), Amin Osmanov (60 kiloqram) və Fuad Həsənov (65 kiloqram) çıxış edəcəklər.

Cüdoçuların mübarizəsində Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Ruslan Paşayev (66 kiloqram) və Hidayət Heydərov (73 kiloqram) medal qazanmağa çalışacaqlar.

Üzgüçülük yarışlarında Vlastilina Xasyanova, Oqtay Hüseynov, Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Anastasiya Boborikina, Səid Həmidov, Məryəm Cavadova, Əbdürrəhman Rüstəmov, Fatimə Alkərəmova və Yeqor Maynitski bacarıqlarını nümayiş etdirəcəklər. Yığma, həmçinin 4x100 metr məsafəyə sərbəst üsulla üzmədə qarışıq komanda yarışında mübarizə aparacaq.

Azərbaycan boksçularından Məhəmmədəli Qasımzadə (60 kiloqram), Sərxan Əliyev (70 kiloqram) və Səidcəmşid Cəfərov (80 kiloqram) 1/4 görüşünə çıxacaqlar.

Futzal üzrə Azərbaycan millisi qrup mərhələsində növbəti oyunu ev sahibi Səudiyyə Ərəbistanı yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Azərbaycanın stolüstü tennis yığması da Səudiyyə Ərəbistanı kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri