Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Qarabağdan gələn ermənilər kəndlərdə evləri yandırırdılar

Qərbi Azərbaycan Xronikası: Qarabağdan gələn ermənilər kəndlərdə evləri yandırırdılar

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Əsgərliyə gedəndə hərbi komissarlıqda türk-erməni davası düşdü" adlı veriliş Zəngibasar mahalının, Zəngibasar (Masis) rayonunun Sarıcalar kənd sakini Zeynal Məmmədovun həyat hekayəsinə həsr olunub.

O, 1964-cü ildə anadan olduğunu, Sarıcalı, Reyhanlı və Həbilkənd orta məktəblərində, sonra İrəvan Kənd Təsərrüfatı Texnikumunda oxuduğunu söyləyib: "Kəndimiz Araz və Zəngi çayına yaxın yerdə yerləşirdi. İrəvanla arası 30-35 kilometr idi. Əsasən tərəvəzçiliklə məşğul olurduq. Uşaqlıqdan ermənilərin xislətini görmüşəm. Rayondakı məscidi söküb dağıtmışdılar. Biz həmişə ermənilərdən əziyyət çəkmişik. Dükan, bazar, rayonda həmişə ermənilərlə davamız olardı. Əsgərliyə gedəndə hərbi komissarlıqda türk-erməni davası düşdü. Texnikumda oxuyanda hər gün ermənilərlə davamız olurdu. Onlar bizimlə yol getmirdilər".

Onun sözlərinə görə, babası 1905-1920-ci illərdə Sarıcalar kəndində yaşayıb və zorla evindən çıxarılıb: "Nənəm deyərdi ki, Arazın qırağında yaşayırdıq, çaydan su gətirib içərdik. 1920-ci ildən sonra babam köçüb Sarvanlar kəndinə gəlib. Babam bəy olub, orada həbs edib Üçkilsə həbsxanasına salıblar. Həbsxanadan çıxandan sonra, yaşayış yerini yenə dəyişib, bütün var-dövlətini əlindən alandan sonra köçüb bir müddət Şərurun Maxta kəndində yaşayıb. 1956-cı ildə yenidən köçüb Sarıcalar kəndində yaşayıb. Biz də 1988-ci ildə yenidən deportasiyaya məruz qaldıq".

Sarıcalar kənd sakini 1988-ci ildə erməni həkimin xəstəxanada anasını öldürmək istədiyini söyləyib: "Anamı oradan oğurlayıb qaçırdım. 1988-ci ildə şəhərə çıxmaq olmurdu. Azərbaycandan gedən, Qarabağ ermənləri kəndlərə hücum edir, evləri yandırırdılar. Onların əlindən əziyyət çəkirdik. Gecə-gündüz hər evdən 2-3 nəfər kəndlərdə qarovul çəkirdik. Biz orada səksəkə ilə, qorxu içində yaşamışıq. "Moskviç"ə 15 nəfəri doldurub Arazın qırağı ilə çətinliklə Sədərəyə gəldik. Ermənilər bizdə qorxu hissi, vahiməlik yaradırdılar. Erməni vəhşiliyi o qədər güclü idi ki, hücum edib camaatı qıra bilərdilər.Gələndə bizi daşa basır, güllə atırdılar. Bunlar rus sərhədçilərinin gözləri qarşısında olurdu. Atam və anam bir gün sonra hərbçilərin yük maşını ilə gəldilər. Bir aydan sonra çox çətinliklə Bakıya gəldik. Orada böyük evimiz, eşiyimiz, 30 sot torpağımız var idi. Mülkümüz, var-dövlətimiz orada qaldı".

Vətən həsrətindən danışan Z.Məmmədov deyib ki, Ağadədə həm ziyarətgah, həm də qəbiristanlıq idi: "Orada çox qədim qəbirlər var idi. Nənəmin anası da orada dəfn olunub. Biz heç vaxt dədə-baba yurdumuzu unutmadıq. Biz əminik ki, yenə qayıdacağıq, ulu babalarımızın qəbirlərini ziyarət edəcəyik. Babam, atam deportasiya olunmalarına baxmayaraq, yenə qayıdıbsa, mən də həmin hisləri yaşayıram. İnanırıq ki, həmin o gün bizə də qismət olacaq, yurdumuza qayıdıb yaşayacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Noyabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri