Icma.az
close
up
RU
Aleksey Naumov: ABŞ Rusiya qarşıdurması dayansa, Cənubi Qafqazda da sabitlik bərqərar olacaq MÜSAHİBƏ

Aleksey Naumov: ABŞ Rusiya qarşıdurması dayansa, Cənubi Qafqazda da sabitlik bərqərar olacaq MÜSAHİBƏ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış politoloq, Rusiya Beynəlxalq Məsələlər Şurasının üzvü Aleksey Naumov “Moskva-Baku” portalına müsahibəsində indiki reallıqlarda Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı öz baxışını təqdim edib, həmçinin Rusiya ilə ABŞ arasında münasibətlərin potensial normallaşmasının Cənubi Qafqaza necə təsir edəcəyini təhlil edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Bu yaxınlarda Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin imzalanmasının 3-cü ildönümü qeyd olundu. Bu gün həllini gözləyən mürəkkəb məsələlərin olduğunu nəzərə alsaq, münasibətlərin perspektivləri necədir?

- Rusiya ilə Azərbaycan arasındakı münasibətlər, məncə, qlobal səviyyədə təkcə iki liderin yaxşı münasibətlərinə və ya ümumi tarixi bağlara əsaslanmır. Bu mənim fikrimdir. Bu gün onlar daha ədalətli dünya sistemi, ədalətli dünya nizamı qurmaq zərurəti ilə bağlı iki dövlətimizin ümumi baxışına və Cənubi Qafqazın gələcəyinə ümumi baxışa əsaslanır. Biz ikitərəfli münasibətlərdə çətin an yaşayırıq, amma düşünürəm ki, bundan sonra çətinlik olmayacaq. İnanıram ki, zaman keçdikcə, AZAL-ın qəzaya uğrayan reysi ilə bağlı yekun araşdırmalar üzə çıxdıqca, münasibətlərimizdə daha yüksək məqamlara çatacağıq. Qarşılıqlı fəaliyyət davam edir, bu yaxınlarda Azərbaycan Prezidentinin Rusiya ilə Şimal-Cənub dəhlizi ilə bağlı sənəd imzalaması və digər ikitərəfli addımlar buna sübutdur.

- Rusiya ilə ABŞ arasında münasibətlərin potensial normallaşması və uzunmüddətli perspektivdə Ukrayna böhranının həlli Cənubi Qafqaza necə təsir göstərə bilər? Sizcə, Tramp administrasiyasının ümumiyyətlə bu bölgəyə münasibəti necədir?

- Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması regiona müsbət təsir göstərəcək. Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərdə xeyli sayda problemlər var, onların böyük əksəriyyəti məhz ABŞ-ın postsovet məkanını, o cümlədən Cənubi Qafqazı öz maraqlarına uyğun tənzimləmək və təsir etmək istəyi ilə bağlıdır. Əgər bu baş verməsə (və Trampın rəhbərliyi altında mən məhz bu proqnozu görürəm), onda Zaqafqaziyada vəziyyət daha sakit olacaq. Moskva ilə Vaşinqton arasında münasibətlər yaxşılaşdıqca, biz Rusiya və Azərbaycanın müdafiə etdiyi fikrin– regionun suverenliyinin təntənəsini görəcəyik ki, region ölkələri öz müqəddəratlarını təyin etsinlər, hansısa hərbi bloklara, məsələn, Avropa İttifaqı kimi regiona aidiyyatı olmayan dövlətlərarası assosiasiyalara qoşulmasınlar. Düşünürəm ki, zaman keçdikcə biz Ermənistanın daha çox qərbyönlü mövqeyindən uzaqlaşdığını görəcəyik. Və o zaman Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq ehtimalı daha yüksək olacaq.

Azərbaycan və Gürcüstan Rusiya ilə ABŞ arasında potensial normallaşmaya müsbət baxır, çünki qeyd etdiyim kimi, bu, regionda sabitliyə töhfə verəcək. Biz artıq Gürcüstanın baş nazirinin Zelenski ilə bağlı qalmaqallı vəziyyətdə Trampı necə dəstəklədiyini görmüşük. Bakı və Tbilisi regionun Rusiya ilə Qərb arasında maraqların toqquşması meydanına çevrilməsini istəmir. Azərbaycan və Gürcüstan paralel idxalın azalması səbəbindən Rusiya-ABŞ böhranının həllində cüzi itkilərə məruz qala bilər, lakin ümumilikdə bu, onlar üçün ağrılı olmayacaq.

Ermənistan paralel idxalın azaldılmasından xeyli itirəcək. Üstəlik, Avropa İttifaqı Ermənistanı öz içinə çəkmək cəhdlərindən əl çəkməyə məcbur olsa, NATO respublikanı öz içinə çəkmək cəhdlərindən əl çəksə, Nikol Paşinyanın yeni Qərb himayədarları tapmaq kursu iflasa uğrayacaq. Azərbaycanla, Türkiyə ilə, Rusiya ilə barışmaqdan, kənar qüvvələrin bölgəyə sürüklənməsinə son qoymaqdan ibarət olmalı olan Ermənistanın maraqlarından, erməni xalqının maraqlarından çıxış edərək, suverenlik əldə etmək, erməni xalqı və bütövlükdə ölkə üçün yaxşı olardı.

- Rusiya daha ədalətli dünya nizamı və çoxqütblülük məntiqindən əl çəkmir. ABŞ dövlət katibi də birdən-birə çoxqütblü dünyanın lehinə danışdı. Niyə birdən? Və Rusiya qlobal Cənuba yaxınlaşmağa və Böyük Avrasiya Tərəfdaşlığı ideyasını müdafiə etməyə davam edəcəkmi?

- Rusiya çoxqütblü dünya ideyasından əl çəkməyəcək və qlobal Cənub ölkələri ilə yaxınlaşmağa və Böyük Avrasiya Tərəfdaşlığı ideyasını müdafiə etməyə davam edəcək. Rusiya Federasiyası xarici siyasət təmaslarını məhdudlaşdırmaq istəmir. Və çalışacaq ki, Vaşinqtonla elə münasibətlər olsun ki, Rusiyanın suverenliyinin qorunub saxlanması və inkişafı üçün problem olmasın. Əgər Vaşinqton ölkələrin öz maraqları hüququna malik olması ilə razılaşarsa, o zaman ABŞ da çoxqütblü dünyanın bir hissəsinə çevriləcək. ABŞ dövlət katibi Marko Rubio hegemonluq dövrünün bitdiyini anladığı üçün çoxqütblü dünyanın zəruriliyi ilə bağlı açıqlama verib. Birləşmiş Ştatlar bütün sahələrdə - hərbi, siyasi, iqtisadi və diplomatik - lider rolunu qoruya bilməz və buna görə də Trampın rəhbərliyi altında reallıqla barışacaq.

Rusiya Federasiyası ilə Qərb arasında münaqişənin kəskinləşməsinin başlanmasından ötən 3 il ərzində Rusiya hakimiyyəti ölkənin suverenliyinin əsas, strateji məsələ olduğunu və hakimiyyətin bu yanaşmadan əl çəkmək niyyətində olmadığını açıq şəkildə bəyan edib. Əksinə, Rusiya Federasiyası onun suverenliyinə hörmət edən ölkələrlə qarşılıqlı fəaliyyətə hazırdır. Əgər Donald Trampın tabeliyində olan ABŞ nəinki Moskvanı dinləsə, həm də eşidə bilərsə, onda hər şey yaxşı olacaq. Rusiya bütün köhnə dünyanı məhv edib yenisini qurmaq istəmir. O, dünyanı daha ədalətli etmək istəyir və beynəlxalq münasibətlərin bütün iştirakçıları, o cümlədən Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır.

Tərcümə - Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Mart 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri