Icma.az
close
up
RU
Milan Lazovic: Rusiya ABŞ münasibətlərinin yaxşılaşması Cənubi Qafqazda da gərginliyi azaldacaq MÜSAHİBƏ

Milan Lazovic: Rusiya ABŞ münasibətlərinin yaxşılaşması Cənubi Qafqazda da gərginliyi azaldacaq MÜSAHİBƏ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram meneceri Milan Lazovic “Moskva-Baku” portalına müsahibəsində Rusiya ilə ABŞ arasında münasibətlərin potensial yaxşılaşmasının Cənubi Qafqaz regionuna necə təsir edə biləcəyini proqnozlaşdırıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Milan Svetislavoviç, Səudiyyə Ərəbistanında Rusiya və Amerika tərəfləri arasında münasibətlərin bərpası məsələsi üzrə danışıqların 1-ci raundu keçirilib. Sizcə, Rusiya ilə ABŞ arasında münasibətlər bu və ya digər dərəcədə yaxşılaşarsa, Ukraynadakı böhran həll olunarsa, bu, Cənubi Qafqazdakı vəziyyətə necə təsir edə bilər? Biz Münhen Təhlükəsizlik Konfransında baş verənləri gördük. ABŞ-ın vitse-prezidenti Vansın səs-küylü bəyanatı mahiyyətcə ABŞ və Aİ arasında parçalanma və geosiyasi dəyişiklikləri elan etdi...

- İnanıram ki, hadisələr müsbət istiqamətdə inkişaf etsə, yəni Rusiya ilə ABŞ arasında, ilk növbədə, Ukrayna böhranı ilə bağlı qarşılıqlı təmas nöqtələri tapılarsa, Vaşinqtonun bütün diqqəti (əgər söhbət postsovet məkanından gedirsə) ilk növbədə buna yönələcək.

Cənubi Qafqazdan danışsaq, bu region Tramp üçün prioritet deyil və hazırda regionda cərəyan edən mühüm geosiyasi proseslərə rəğmən, çətin ki, bu regiona ciddi diqqət yetirsin.

ABŞ-ın mövqeyindən fərqli olaraq və buna məhəl qoymayaraq, Avropa İttifaqı, əksinə, böyük ehtimalla Cənubi Qafqaz regionuna diqqətini artıracaq. Nəzərə almaq lazımdır ki, həm Fransa kimi ayrı-ayrı ölkələr var ki, regionda daha geniş təsir imkanları əldə etməkdə maraqlıdırlar, həm də mövcud resursları, bu və ya digər dərəcədə bu sahədə Rusiyaya qarşı oynamaq imkanlarına görə diqqəti regiona yönəldən bütövlükdə Avropa İttifaqı var. Bundan əlavə, biz bilirik ki, Avropa bürokratiyası Amerika Birləşmiş Ştatlarının yeni administrasiyasından fərqli olaraq yüksək dərəcədə ideolojidir. Özünün neoliberal ideologiyasının təsir orbitində artan cəlb olunma nöqteyi-nəzərindən Avropa İttifaqı Tbilisi ilə Brüssel arasında münasibətlərin soyuduğu dövrə baxmayaraq, regionda ən çox Ermənistan və Gürcüstanda maraqlıdır. Ermənistan və Gürcüstanla yaxınlaşmanın müxtəlif üsulları, onlara təsirinin təşviqi davam edəcək.

Ermənistanla bağlı vəziyyət Avropa İttifaqı üçün ən əlverişli şəkildə inkişaf edir. Bu günlərdə Ermənistan parlamenti ölkənin Aİ-yə qəbulu prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib. Ermənistan hakimiyyəti ölkənin Avropa İttifaqına qoşulmasında maraqlıdır, baxmayaraq ki, Rusiya müntəzəm olaraq İrəvana xəbərdarlıq edir ki, belə bir addım Ermənistanın Avrasiya İqtisadi İttifaqından avtomatik çıxması deməkdir, çünki bu strukturlarda eyni vaxtda üzvlük mümkün deyil. Və şübhəsiz ki, Aİ Ermənistandakı qeyri-hökumət təşkilatlarının fəaliyyətini genişləndirməyə çalışacaq, eyni zamanda ən yüksək siyasi səviyyədə intensiv əlaqələri müxtəlif dərəcədə davam etdirəcək.

Azərbaycana gəlincə, Bakı ilə Aİ və ayrı-ayrı Aİ ölkələri arasında dialoq son vaxtlar çətin kimi xarakterizə olunur. Azərbaycan Qərbin ikili standartlar siyasətindən çox narazıdır və bunu müntəzəm olaraq tənqid edir. Eyni zamanda işgüzar əlaqələr davam etdiriləcək.

Bununla yanaşı, Azərbaycan rəhbərliyi dəfələrlə ümid etdiyini bildirib ki, Trampın ABŞ-da hakimiyyətə gəlişi ilə Bakı ilə Vaşinqton arasında Baydenin dövründə Azərbaycan prezidenti İlham Əliyevin qiymətləndirməsinə görə, ən aşağı nöqtəyə çatan münasibətlər yaxşılaşacaq.

Vaşinqtonla Bakı arasında münasibətlərin Bayden dövründə ən aşağı həddə çatması Amerika demokratlarının eyni ideoloji oriyentasiyası ilə bağlıdır. Bayden administrasiyasında bu, çox sərt şəkildə ifadə edildi və xüsusən də Azərbaycanla dialoqa xələl gətirdi.

Görünür, Azərbaycan hakimiyyəti üçün Tramp administrasiyası ilə işləmək xeyli asandır, çünki siyasətə oxşar yanaşmalar var. Tramp konstruktivliyə və iqtisadi mənfəətə diqqət yetirir. Onu ideologiya məsələləri maraqlandırmır. Eyni sözləri Azərbaycan prezidenti İlham Əliyev haqqında da demək olar. Hər iki lider ilk növbədə öz ölkələrinin maraqlarını həyata keçirməyə yönəlmiş güclü dövlət xadimləridir. Onlar öz xarici siyasətini buna əsasən qururlar. Buna görə də ortaq dil tapmaq onlar üçün çox asan olacaq.

Qeyd etmək lazımdır ki, üstəlik, Bayden dövründə Bakı ilə Vaşinqton arasında neqativlik ABŞ-ın Ermənistana fəal dəstəyi fonunda güclənib. Bu, təbii ki, Azərbaycandan da yan keçə bilməzdi.

Tramp həmçinin Ermənistana aktiv “yardım” göstərən USAID kimi ideoloji strukturu da ləğv etdi. Bu addım ABŞ-la Azərbaycan arasında münasibətlərdə olan əlavə qıcıqlandırıcıları aradan qaldırmağa kömək edir.

Bütövlükdə, Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Vansın səs-küylü bəyanatı Birləşmiş Ştatlar və Aİ arasında münasibətlərə yenidən baxıldığını elan edir və onlar arasında ciddi uçurumun və böhranın olduğunu qeyd edir. Vensin çıxışını inqilabi adlandırmaq olar. Uzun müddətdir ki, biz Qərb düşərgəsində belə əhəmiyyətli parçalanma müşahidə edirik. Və bu parçalanma göz qabağındadır. Vens birbaşa Avropadakı böhranı bəyan etdi və Aİ-nin ümid etdiyi birlik əvəzinə, Avropa İttifaqına xoşagəlməz reallığı və yeni geosiyasi uyğunlaşmanın çox da xoş olmayan gələcəyini ortaya qoydu. Avropalılar ideologiya, illüziyalar və öz dünya quruluşu ilə yaşamağa davam edərkən, Trampın rəhbərliyi altında Vaşinqton hər şeyə real baxmağa və ilk növbədə real siyasətə arxalanmağa başlayıb. Və bu, avropalılar üçün soyuq bir duş oldu. Bu, Aİ funksionerlərinin, ayrı-ayrı Avropa liderlərinin və Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heysgenin baş tutmayan gözləntilərdən danışarkən hətta göz yaşlarını da axıdan reaksiyasından aydın görünür.

-ABŞ Avropa İttifaqının köhnə ideyalarını nə dərəcədə sıxışdıra, qəbul edə, dəyişdirə, onlara müqavimət göstərə biləcək və əksinə– Aİ Trampın məntiqinə müqavimət göstərə biləcəkmi?

- Hazırda konkret proqnozlar vermək çətindir, lakin obyektiv olaraq ABŞ-ın Qərb dünyasının siyasətini əlaqələndirmək üçün daha çox resursu var. ABŞ bir çox cəhətdən Qərbin lokomotividir və bu rol Trampın dövründə güclənəcək. Tramp öz yolunu tutmağa öyrəşmiş güclü liderdir. Eyni zamanda, Avropa İttifaqı da öz mövqelərindən geri çəkilməyəcək. Onlar öz yanaşmalarını irəli sürməyə və elan etməyə davam edəcəklər. Buna görə də biz çox güman ki, ABŞ və Aİ arasında qarşıdurmanı müşahidə edəcəyik. Amma son nəticədə çox güman ki, Avropadakı bəzi qüvvələr ABŞ-ın daha rasionalist yanaşmasına qoşulacaq.

Dünya dəyişmə ərəfəsindədir, bəlkə də daha konstruktiv olmaq ərəfəsindədir. Ancaq hələlik bu barədə yalnız ehtiyatlı nikbinliklə danışmaq olar. Başlanğıc ümidvericidir, amma bundan sonra nə olacaq- biz faktları görməliyik, gözlənilməz dönüşlər həmişə mümkündür.

-ABŞ ilə münasibətlər yaxşılaşarsa, Rusiyanın Cənubi Qafqazda siyasətdə əlavə imkanları olacaqmı?

- Ola bilsin ki, ABŞ-ın Cənubi Qafqaza marağının olmaması və Vaşinqtonun regiondakı destruktiv siyasəti nöqteyi-nəzərindən. Bu mənada, regionun işlərinə kənardan müdaxilənin olmaması baxımından, burada təbii ki, gərginlik azalacaq. Lakin dediyim kimi, Aİ böyük ehtimalla regionda siyasətini davam etdirəcək.

Bununla belə, Rusiya həmişə Cənubi Qafqazda davamlı və sabit sülhün əldə edilməsi zərurəti mövqeyindən çıxış edir, regionun bütün dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan konstruktiv münasibətlərin davam etdirilməsində maraqlıdır, bütün sahələrdə regional əməkdaşlığın və bütün regional məsələlərin müstəsna olaraq regional oyunçular tərəfindən həllinin tərəfdarıdır. Biz Zaqafqaziyanın bütün dövlətləri ilə dialoqa açığıq: biz Azərbaycanla bağlı yaranmış bütün problemləri açıq və şəffaf şəkildə həll etməyə hazırıq, Ermənistan və Gürcüstanla dialoqa hazırıq. Və biz xüsusilə İrəvanın Avropa İttifaqı ilə münasibətlərini necə quracağına, Ermənistanın Aİ ilə yaxınlaşması prosesinin necə gedəcəyinə, nə qədər sürətli və dərin olacağına baxacağıq. Bu, bizim üçün və bütün regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.

Bütün bunların fonunda hesab edirəm ki, Ermənistanın eyni vaxtda iki kürsüdə- Rusiya ilə Aİ arasında oturuşa davam edəcək, çünki belə taktika Ermənistan Respublikasının maraqlarına uyğundur. Axı onun Aİİ-yə üzv olması Ermənistana böyük iqtisadi fayda gətirir, eyni zamanda Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsi də çox faydalıdır, çünki bu, digər məsələlərlə yanaşı, Ermənistan rəhbərliyinə siyasi dəstək, təhlükəsizlik və silah təchizatı sahəsində və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur. Ona görə də İrəvan hələlik çoxvektorlu siyasətindən faydalanmağa davam edəcək.

Tərcümə - Elçin Bayramlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see138

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see130

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see113

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see113

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see111

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see109

Britaniya səfiri Azərbaycan dilində danışdı VİDEO

16 İyul 2025 22:19see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri