Icma.az
close
up
RU
Aleksey Xarlanov: Rusiya, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı dünyanın yeni arxitekturasının nümayişidir

Aleksey Xarlanov: Rusiya, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı dünyanın yeni arxitekturasının nümayişidir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Moskva, 3 may, AZƏRTAC

Rusiya, Azərbaycan və Türkiyə arasında enerji tərəfdaşlığı, xüsusilə Qərbin artan təzyiqləri fonunda, yeni geoiqtisadi modelin əsas elementi olur.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiya Federasiyası Hökuməti nəzdindəki Maliyyə Universitetinin Beynəlxalq Biznes kafedrasının professoru Aleksey Xarlanov söyləyib.

Ekspert qeyd edib ki, Qərb Avropanın əvvəlki enerji strukturunu, xüsusilə də “Şimal axını”nın partladılması və sanksiya təzyiqləri vasitəsilə dağıdaraq alternativ tədarük marşrutlarının yaradılmasına zəmin yaradıb. Bu şəraitdə Avrasiya enerji sabitliyinin təmin olunmasında Azərbaycanın və Türkiyənin rolu sürətlə artır.

“Azərbaycan və hazırda “Türk axını” vasitəsilə maksimum dərəcədə önəm qazanan Türkiyə yeni enerji logistikasının bir hissəsinə çevrilirlər. “Yamal–Avropa” və Ukrayna boru kəmərlərinin faktiki olaraq dayandırıldığı bir vaxtda, Rusiyanın regional enerji təsiri məhz Bakı və Ankara üzərindən keçir”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, ənənəvi marşrutların bağlanması fonunda Bakı və Ankaranın əhəmiyyəti daha da artır. Bundan əlavə, beynəlxalq şirkətlərin iştirakı ilə Rusiya, Azərbaycan və Qazaxıstandan qarışıq neft və qaz tədarükləri sanksiyalar şəraitində sabitliyi qorumağa və çevik logistika həlləri yaratmağa imkan verir.

“Rusiya, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı təkcə iqtisadiyyat deyil. Bu, siyasi siqnaldır. Bu, dünyanın yeni arxitekturasının nümayişidir. Burada prioritet Qərb istiqamətində deyil, müstəqil regional siyasətin formalaşdırılmasıdır”, – deyə professor qeyd edib.

A.Xarlanov əlavə edib ki, yaxın illərdə məhz Ankara və Bakının iştirakı ilə formalaşan infrastruktur həm Avropanın, həm də Yaxın Şərqin enerji təhlükəsizliyini müəyyən edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2025 02:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri