Icma.az
close
up
RU
Vətən müharibəsində qazanılan tarixi Zəfər xalq dövlət ordu birliyinin nəticəsidir

Vətən müharibəsində qazanılan tarixi Zəfər xalq dövlət ordu birliyinin nəticəsidir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Şəki, 7 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində düşmən üzərində əldə olunmuş tarixi Qələbənin beşinci ildönümü Şəkidə silsilə tədbirlərlə qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 7-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, hərbçilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəki Dövlət Dram Teatrında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Reyhan Qarayeva, Vətən müharibəsi qazisi Taleh Urfansoy çıxış ediblər. Çıxışlarda bildirilib ki, şanlı tariximiz olan Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən 5 il ötür. Qırx dörd gün davam edən bu müharibə 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnib. Qazandığımız bu tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin, xalq-dövlət-ordu birliyinin nəticəsidir.

Vurğulanıb ki, əsgər və zabitlərimizin bu müharibədə göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığımız möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə, eləcə də Şəkidə mühüm işlər görülüb. Hazırda Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı uğurla icra edilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı layihələr həyata keçirilir, əhalinin öz doğma yurdlarına qaytarılması istiqamətində tədbirlər görülür.

Tədbirdə “Urfansoy Film” komandasının istehsalı olan “Xüsusi təyinatlı bəbir” bədii-sənədli filmi təqdim olunub. Mədəniyyət Nazirliyi, Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə lentə alınan film Daxili Qoşunların şəxsi heyətinin və şəhid Sənan Ələsgərzadənin şücaətindən bəhs edir.

“Xüsusi təyinatlı bəbir” filminin çəkilişlərində göstərdikləri dəstəyə görə bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:23
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see300

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri