Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə mütəmadi əlaqə saxladığını açıqlayıb.
Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, Simonyan bunu parlamentdə jurnalistlərə danışarkən deyib.
“Hikmət Hacıyevlə danışmışam. Onun telefon nömrəsi məndə, mənim nömrəm isə ondadır. Biz iki gündən bir əlaqə saxlayırıq”, – deyə erməni rəsmisi bildirib.
Simonyanın sözlərinə görə, tərəflər arasındakı söhbətlərin əsas mövzusu sülh prosesinin qorunması və bunun üçün zəruri addımların atılmasıdır.
Xatırladaq ki, sentyabrın 1-də Bişkekdə Alen Simonyanla Hikmət Hacıyev arasında görüş keçirilmiş, tərəflər Azərbaycan–Ermənistan sülh gündəliyi ətrafında müzakirələri davam etdirmişdilər.
Baxış sayı:133
Bu xəbər 16 Sentyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















