Icma.az
close
up
RU
Ali Attestasiya Komissiyasının sədri: Son 5 ildə 1094 nəfərə elmi dərəcə və ad verilməsindən imtina edilib

Ali Attestasiya Komissiyasının sədri: Son 5 ildə 1094 nəfərə elmi dərəcə və ad verilməsindən imtina edilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) elmi fəaliyyətin keyfiyyətinin və legitimliyinin təmin olunmasında elmi etika və plagiatla mübarizəni prioritet istiqamət kimi müəyyən edib. Elmi dürüstlük prinsiplərinin qorunması yalnız elmi nəticələrin etibarlılığını artırmır, həm də ölkənin ümumi elmi nüfuzunu formalaşdırır. 2019-2024-cü illərdə elmi dərəcə və elmi ad verilməsindən imtina hallarının sayı 1094 olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AAK-nin sədri Famil Mustafayev deyib. O bildirib ki, imtina halları əsasən plagiat, elmi keyfiyyətin aşağı səviyyədə olması və sənəd tələblərinə uyğun gəlməmək kimi səbəblərlə bağlıdır.

Sədr komissiya tərəfindən elmi dərəcə və ya elmi ad verilməsindən imtina hallarının ümumi müraciətlərin 30 faizdən çoxunu təşkil etdyini qeyd edib: “Bu göstərici həm ölkə daxilində, həm də xaricdə – xüsusilə Türkiyə, Ukranya, Rusiya və İtaliya kimi ölkələrdə elmi dərəcə almış iddiaçıların sənədləri əsasında verilmiş qərarları əhatə edir. Plagiat bu imtinaların başlıca səbəblərindən biridir və bu gün məhz Komissiyanın tətbiq etdiyi çoxpilləli qiymətləndirmə və prinsipial nəzarət mexanizmləri nəticəsində, yalnız ölkə daxilində deyil, həm də xaricdə əldə edilmiş (2019-2024-cü illərdə 42 nəfərin xaricdə əldə edilmiş sənədi tanınmayıb) elmi dərəcələrlə bağlı neqativ halların, o cümlədən plagiatın qarşısının alınması mümkün olur”.

Famil Mustafayev komissiyanın bu istiqamətdə texnoloji və normativ tədbirlər həyata keçirdiyini bildirib: “Təqdim olunan bütün dissertasiyalar beynəlxalq lisenziyalı plagiat proqramları (StrikePlagiarism, Antiplagiat.ru, Turnitin) ilə yoxlanılır, həmçinin ekspert şuraları vasitəsilə məzmun analizi və açar ifadələrin kontekstual axtarışı aparılır. Bu yanaşma nəticəsində bəzi hallarda texniki plagiat əmsalı sıfır göstərilən dissertasiyalarda belə, plagiat faktları üzə çıxarılır. Eyni zamanda, psevdoelmi nəticələrin təqdim edilməsi, əvvəlki tədqiqatların yeni kimi təqdim olunması, təkrarlanan mövzular və bəzi dissertasiyaların digər şəxslər və ya kommersiya qurumları tərəfindən yazılması halları müəyyən edilir və həmin işlərə ciddi nəzarət tədbirləri tətbiq olunur. Komissiyanın mövcud hüquqi mexanizmləri çərçivəsində, elmi etika pozuntusu müəyyən edilərsə, yalnız iddiaçıya deyil, elmi rəhbər və opponentlərə də üçillik məhdudiyyət tətbiq edilir. Komissiya bu istiqamətdə fəaliyyətini davam etdirərək yalnız texniki yoxlama ilə kifayətlənməyib, kompleks etik nəzarət sistemini gücləndirməyi və elmi mədəniyyətin formalaşmasına töhfə verməyi hədəfləyir”.

Müsahibənin tam mətni ilə sabah AZƏRTAC-da tanış ola bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see260

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see243

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see206

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see202

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see197

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see148

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see145

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see142

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see141

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see140

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see138

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see137

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see132

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see129

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see128

98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi VİDEO

01 Yanvar 2026 18:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri