Icma.az
close
up
RU
Ali Attestasiya Komissiyasının sədri: Alim olmaq istəyən mindən artıq şəxsin elmi işi plagiat çıxıb

Ali Attestasiya Komissiyasının sədri: Alim olmaq istəyən mindən artıq şəxsin elmi işi plagiat çıxıb

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2019-2024-cü illərdə elmi dərəcə və elmi ad verilməsindən imtina hallarının sayı 1094 olub.

Bu fikirləri -a müsahibəsində Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev deyib.

O bildirib ki, imtina halları əsasən plagiat, elmi keyfiyyətin aşağı səviyyədə olması və sənəd tələblərinə uyğun gəlməmək kimi səbəblərlə bağlıdır.

Sədr komissiya tərəfindən elmi dərəcə və ya elmi ad verilməsindən imtina hallarının ümumi müraciətlərin 30 faizdən çoxunu təşkil etdiyini qeyd edib: “Bu göstərici həm ölkə daxilində, həm də xaricdə – xüsusilə Türkiyə, Ukrayna, Rusiya və İtaliya kimi ölkələrdə elmi dərəcə almış iddiaçıların sənədləri əsasında verilmiş qərarları əhatə edir. Plagiat bu imtinaların başlıca səbəblərindən biridir və bu gün məhz Komissiyanın tətbiq etdiyi çoxpilləli qiymətləndirmə və prinsipial nəzarət mexanizmləri nəticəsində, yalnız ölkə daxilində deyil, həm də xaricdə əldə edilmiş (2019-2024-cü illərdə 42 nəfərin xaricdə əldə edilmiş sənədi tanınmayıb) elmi dərəcələrlə bağlı neqativ halların, o cümlədən plagiatın qarşısının alınması mümkün olur”.

Famil Mustafayev komissiyanın bu istiqamətdə texnoloji və normativ tədbirlər həyata keçirdiyini bildirib: “Təqdim olunan bütün dissertasiyalar beynəlxalq lisenziyalı plagiat proqramları (StrikePlagiarism, Antiplagiat.ru, Turnitin) ilə yoxlanılır, həmçinin ekspert şuraları vasitəsilə məzmun analizi və açar ifadələrin kontekstual axtarışı aparılır. Bu yanaşma nəticəsində bəzi hallarda texniki plagiat əmsalı sıfır göstərilən dissertasiyalarda belə, plagiat faktları üzə çıxarılır. Eyni zamanda, psevdoelmi nəticələrin təqdim edilməsi, əvvəlki tədqiqatların yeni kimi təqdim olunması, təkrarlanan mövzular və bəzi dissertasiyaların digər şəxslər və ya kommersiya qurumları tərəfindən yazılması halları müəyyən edilir və həmin işlərə ciddi nəzarət tədbirləri tətbiq olunur. Komissiyanın mövcud hüquqi mexanizmləri çərçivəsində, elmi etika pozuntusu müəyyən edilərsə, yalnız iddiaçıya deyil, elmi rəhbər və opponentlərə də üçillik məhdudiyyət tətbiq edilir. Komissiya bu istiqamətdə fəaliyyətini davam etdirərək yalnız texniki yoxlama ilə kifayətlənməyib, kompleks etik nəzarət sistemini gücləndirməyi və elmi mədəniyyətin formalaşmasına töhfə verməyi hədəfləyir”.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri