Ali Koçdan Mourinyoya bahalı hədiyyə Ulduz futbolçu gəlir
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Fənərbaxça” transferlə bağlı işləri davam etdirir.
Metbuat.az xəbər verir ki, Taliska və Milan Şriynar kimi dünya ulduzlarını heyətinə qatan klubun yeni hədəfi “Kristal Pelas”ın ulduz futbolçusudur. Türkiyə mediasının məlumatına görə, məşqçi Joze Mourinyo cinah müdafiəçisi Tayrik Mitçelin transfer edilməsi barədə təlimat verib. Bildirilir ki, transfer mövsümün sonunda reallaşa bilər. “Fənərbaxça”nın həm futbolçu, həm də onun klubu ilə danışıqlar apardığı deyilir. Danışıqların məhsuldar olduğu irəli sürülüb. Məlumata görə, transfer 20-25 milyon avroya reallaşa bilər. İddia edilir ki, “Fənərbaxça” transferi mövsümün fasiləsində reallaşdırmağa çalışsa da, futbolçu mövsümün fasiləsində klubundan ayrılmaq istəməyib.
Qeyd edək ki, bu mövsüm 29 matçda iştirak edən futbolçu 3 məhsuldar ötürmə edib.
Baxış sayı:58
Bu xəbər 17 Fevral 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















