Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ali Məhkəmədə ailə mübahisələrinə dair dəyirmi masa FOTOLAR

Ali Məhkəmədə ailə mübahisələrinə dair dəyirmi masa FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

2025-ci ilin 8 iyul tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib.

Ailə mübahisələri üzrə nikahın pozulması hallarının artan tendensiyası fonunda təşkil edilən tədbirin məqsədi bu istiqamətdə məhkəmə təcrübəsinin təhlili, mübahisələrin məhkəmədənkənar həlli üsullarına xüsusi yanaşmanın və beynəlxalq təcrübənin tətbiqi məsələlərinin müzakirə edilməsi olub. Tədbirdə Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Türkiyə Respublikası Ali Məhkəməsi (Yargıtay) sədrinin müavini Adem Albayrak, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, eləcə də hakimlər, mediatorlar və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı ailə institutunun əhəmiyyətinə toxunularaq qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasında da ailə cəmiyyətin əsas özəyi kimi əks olunub. Bu baxımdan hər kəs ailə institutunun qorunmasına, ailədaxili münasibətlərin sağlam əsaslarda qurulmasına və mübahisələrin dinc, məhkəmədənkənar yollarla həllinə töhfə verməlidir. Bildirilib ki, alternativ mübahisə həlli mexanizmlərinin tətbiqi tərəflər arasında qarşılıqlı anlaşmanın və sosial barışın təmin edilməsinə, habelə məhkəmələrdə iş yükünün azaldılmasına xidmət edir.

Bununla yanaşı, boşanmaların azalması məqsədilə ailə mübahisələrinin həllində xüsusi yanaşmanın tətbiqinin zəruriliyi vurğulanaraq, alternativ həll üsullarının önəmi qeyd edilib. Həmçinin bildirilib ki, boşanmaların sayının azaldılması və qanunvericiliyin və məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üçün birgə əməkdaşlıq əsas prioritetlərdəndir. Bu istiqamətdə qardaş Türkiyənin müsbət təcrübəsinin faydalı olduğu vurğulanıb.

Sonra Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev “Azərbaycanda mediasiyanın tətbiqi və inkişaf dövrü” mövzusunda təqdimatla çıxış edərək, ölkəmizdə mediasiya institutunun formalaşma mərhələləri və əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirilib ki, bu gün ailə mübahisələri mediasiya sahəsində 80 faiz yer tutur və onların 30 faizi barışıqla həll olunur.

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayeva isə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin effektivliyi və məhkəmə təcrübəsində rast gəlinən problemlər” mövzusunda təqdimatla çıxış edib, bu sahədə mövcud olan çətinliklər və mediasiyanın potensial faydaları barədə iştirakçılara geniş məlumat verib.

Türkiyə Respublikası Ali Məhkəməsinin sədr müavini Adem Albayrak “Türkiyədə ailə mediasiyası təcrübələri və mediasiya müqavilələrinin hüquqi qüvvəsi” mövzusunda çıxış edərək, mediasiyanın tarixi və qardaş ölkənin təcrübəsi haqqında iştirakçılara ətraflı məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova ailə institutunun əhəmiyyəti və onun cəmiyyətdəki rolunu qeyd edib. Məhkəmələrin ailə mübahisələrinin həllindəki əhəmiyyəti vurğulanıb və bu sahədə Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına mühüm töhfə verildiyi diqqətə çatdırılıb.

Tədbir müzakirələrlə davam etdirilib, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

​​​​​​"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyul 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri