Icma.az
close
up
RU
Ali Məhkəmədə “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi” mövzusunda müzakirələr təşkil edilib

Ali Məhkəmədə “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi” mövzusunda müzakirələr təşkil edilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Ali Məhkəmənin kollegiya sədrləri, hakimlər, Elmi-Məsləhət Şurasının üzvləri, eləcə də Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, hüquqşünaslar Arif Eyyubov və Sabir Qəniyev iştirak ediblər.

İclasda “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi” mövzusu müzakirə olunub.

İclasa sədrlik edən Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva qeyd edib ki, müzakirənin məqsədi podrat müqavilələri ilə bağlı yaranan mübahisələrin həlli zamanı müvafiq hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına nail olmaqdır. Bildirilib ki, kollegiya tərəfindən ötən ilin iş planına uyğun olaraq podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə ümumiləşdirmə aparılıb və yeni, geniş məzmunlu Plenum qərarının layihəsi hazırlanıb. Bu baxımdan iclasda aparılacaq elmi müzakirələrin Plenum qərarının təkmilləşməsinə mühüm töhfə verəcəyi qeyd edilib.

Daha sonra “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunan podrat işləri üzrə şifahi formada və ya həmin Qanunda müəyyən edilmiş qaydalara əməl edilmədən bağlanan yazılı müqavilələrin etibarlılığı, sifarişçi tərəfindən işin qəbulu zamanı aşkar edilməsi çətin olan qüsurların müəyyən edilməsi halında iddia müddətinin başlanma anı, habelə sifarişçi tərəfindən müqavilədə nəzərdə tutulmayan əlavə işlərin dəyərinin ödənilməsi məsələləri ilə bağlı müxtəlif hüquqi aspektlər müzakirə olunub, iştirakçıların rəy və təklifləri dinlənilib.

İclasın sonunda vurğulanıb ki, müzakirə zamanı səsləndirilən mülahizələr və təkliflər podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və vahid yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətlidir və Ali Məhkəmənin gələcək fəaliyyətində nəzərə alınacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri