Icma.az
close
up
RU
Ali Məhkəmədən qərar: ödənişə görə liftlərin dayandırılması praktikasına son qoyuldu

Ali Məhkəmədən qərar: ödənişə görə liftlərin dayandırılması praktikasına son qoyuldu

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlərdə hündürmərtəbəli yeni tikililərdə yaşanan problemlərdən biri də sakinlərin liftdən istifadəsinə tətbiq olunan məhdudiyyətlərlə bağlıdır. Bəzən sakinlər ödənişləri gecikdirəndə və s. hallarda binanın komendantı lifti bloklayaraq, istifadəyə qadağa qoyur. Nəticədə yaşlı, əlil insanlar, uşaqlar ciddi çətinliklərlə üzləşir.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiqi qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyənləşdirən qərar qəbul edib.

Binanı inşa edən şirkətlə sakinlər arasında binaya xidmətlərin göstərilməsi barədə müqavilələr bağlanıb. Müqaviləyə əsasən, şirkət istifadəçilərə kommunal xidmətlər göstərməyi, binanın idarə edilməsilə bağlı digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb. Həmçinin, şirkət tərəfindən binadakı liftlərdən kartla istifadə sistemi tətbiq edilib.

Sakinlərdən bir neçəsi xidmət haqqını ödəmədiyinə görə şirkət tərəfindən liftdən istifadə məhdudlaşdırılıb – lift kartları deaktiv edilib. Sakinlər isə şirkətin bu addımının qadağan edilməsi barədə məhkəmədə iddia qaldırıblar.

Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətidir. Bu hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.

Baxılan işdə də tərəflər arasında bağlanmış xidmət müqaviləsində belə bir məhdudlaşdırıcı əsas mövcud deyil. Eyni zamanda, mübahisəli çoxmənzilli binaların idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının da liftdən istifadəyə məhdudiyyət tətbiqi ilə bağlı qərarı yoxdur.

Belə olan halda, cavabdeh şirkətin iddiaçıların – sakinlərin liftdən istifadəsinə xidmət haqqı ödənilməməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onların mülkiyyət hüququna müdaxilədir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddiaçıların bu müdaxilədən müdafiə hüquqları var.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Avqust 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri