Icma.az
close
up
RU
Radio dünyanın səs yaddaşı

Radio dünyanın səs yaddaşı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün bəşəriyyət öz tarixində heç vaxt görünməmiş bir dövrü – informasiya bolluğu mərhələsini yaşayır. Bu bolluqda ən çevik informasiya daşıyıcılarından biri də radiodur. Bəzilərinə elə gəlir ki, televiziya və internetin coşqun inkişafı, xüsusilə də, sosial şəbəkələrin cazibəsinin artdığı şəraitdə, guya radio KİV sahəsi kimi geridə qalır. Amma yenicə çapdan çıxmış “Radio jurnalistikası” dərsliyi sübut edir ki, hər cür texnoloji dəyişikliklər dalğasına baxmayaraq, radio həm media sistemində, həm də insanların həyatında öz yerini, təsirini və cazibə qüvvəsini qoruyub saxlayır. Doğrudur, “danışan qutu”nun  meydana çıxdığı ilk illərdə malik olduğu geniş auditoriya indi yoxdur, amma onun dinləyicilərinin kəskin azaldığını da iddia etmək olmaz. Təkcə televiziya siqnallarının çatmadığı ucqar məkanlarda deyil, iri şəhər və qəsəbələrdə də radio bu gün insanların etibarlı həmsöhbəti və qulaq yoldaşıdır. Hələ də evdə və avtomobillərdə radio milyonlarla dinləyici üçün əsas xəbər mənbəyidir. Radio könül oxşayan musiqiləri, bədii verilişləri, ədəbi tamaşaları, müxtəlif janrlı musiqiləri, maqazin proqramları ilə yüksək zövq mənbəyi olaraq qalır. Bəs radio bunu necə edir, televiziya və internetlə rəqabətdə öz varlığını  necə qoruyub saxlayır? Xəbər və proqram siyasətini necə qurur ki, dinləyicilər üçün yenə cazibədar qalır?

Dərslik bu vacib suallara cavab vermək üçün yazılmışdır. Onun müəllifləri – Aynur Nəsirova və Xatirə Hüseynova müasir jurnalistikanın, həmçinin, kütləvi kommunikasiya mediasının incəliklərini dərindən bilən, özləri də praktik jurnalistikada öyrənilməyə layiq zəngin təcrübə toplamış alim-pedaqoqlardır. Onlar mövzuları elə müasir üsullarla təqdim edirlər ki, hər kəsin şüurunda çağdaş radionun dolğun obrazı canlanır. Xüsusilə, dünya təcrübəsindən və yerli radiolardan gətirilən veriliş nümunələri radionu bizlərə daha da doğmalaşdırır. Müəlliflərin dünya radioyayımında gedən ən müasir tendensiyaları əhatə etmələri dərsliyin dəyərini artıran amillərdəndir. Onların fikrincə, həmin tendensiyalar: a) internet-radioların və podkastların populyarlaşmasından; b) məzmunun (kontentin) fərdiləşdirilməsi üçün rəqəmsal texnologiyadan və alqoritmdən aktiv istifadə olunmasından; c)radionun sosial mediaya inteqrasiyasında podkastlardan marketinq məqsədilə istifadə edilməsindən ibarətdir.

Medianın hər sahəsi yalnız onun özünə xas olan fərqli cəhətlərə və özəl ifadə vasitələrinə malikdir. Televiziyanın öz cazibəsi, öz əsrarəngiz ifadələr sistemi, qəzetin də eynilə öz ifadə tərzi, özünəməxsus sosial-psixoloji təsir imkanları, radionun isə zəngin səslər palitrasına əsaslanan fərqli təbiəti vardır. Sosioloq Marşal Maklüen  radionu «fərdi ünsiyyət təcrübəsi» adlandıraraq qeyd edir ki, efirin sehrli gücü insan ürəyinin ən incə tellərinə toxunmaq, onda ən zərif duyğular oyatmaq, müxtəlif instinktləri hərəkətə gətirmək gücündədir.

Müasir radio jurnalistikasını internetdən ayrı təsəvvür etmək mümkün deyil, çünki internetin yaranması ilə radio yeni və hüdudsuz arena, həm də əlavə texnoloji imkanlar qazanıb. Hazırda radio yayımı daha keyfiyyətli səs almağa imkan verən geniş mərkəzi rəqəmsal serverlərə əsaslanır. İndi internetin sayəsində minlərlə radiostansiya geniş auditoriya spektrinə xidmət etməkdədir. Bu gün universitet tələbələrinin radiostansiya yaratmaları, internet radioya sahib olmaları, öz verilişləri ilə efirə çıxmaları xeyli əlverişli və ucuz başa gəlir. Digər tərəfdən sosial media da radioya, bu sahədə çalışan jurnalistlərə öz diktəsini edir.

Radio digər elektron KİV-lə olduqca effektli rəqabət aparmaqdadır. Bu onun yüklənmə zamanı lap az yer tutması və ya məlumat axınında böyük yer tələb etməməsinin nəticəsidir. Ümumiyyətlə, radioda mühit texniki cəhətdən çox əlverişlidir və proqramların canlı yayımda nümayişi üçün ideal şəraitə malikdir. Məsələn, ən son xəbərlər informasiya agentliklərindən, yerli və xarici müxbirlərdən gəlir, dinləyici telefonla danışır, interaktivlik auditoriyanı əldə saxlamağa imkan verir, yerli stadiondan son idman xəbərləri çatdırılır, böyük saraylardakı konserti dinləmək imkanı var – radio bütün gün ərzində bilavasitə insanlarla canlı ünsiyyət qurur: onları məlumatlandırır, maarifləndirir, zövqlərini oxşayır, problemlərini dilə gətirir, dərdlərinə şərik olur. Əvvəlcədən lentə (diskə) yazılmış proqramlar müəyyən zaman müddəti aralığındatəqdim olunur, çünki qəzet kimi onun da vaxtı keçə bilər, amma radio özlüyündə, əsasən, canlı və zamana uyğunlaşdırılmış olur. 

İndi tez-tez “yeni media” ifadəsini eşidirik və bəzilərinə elə gəlir ki, ənənəvi (köhnə) media qayda və prinsiplərini əsaslı şəkildə dəyişərək yeni mediaya keçir. Əslində isə belə bir şey yoxdur, sadəcə, konvergensiya deyilən qlobal proses var. Yəni mövcud medianın auditoriya qarşısına yeni qiyafədə çıxması, auditoriya ilə onun öz dilində danışa bilməsi, əlini oxucu, dinləyici və tamaşaçının nəbzi üzərindəsaxlaması prosesi gedir. Təbii ki, yeni texnologiya və yeni fəaliyyət prinsiplərinə uyğun olaraq  jurnalistlər də, onların düşüncə və təfəkkür tərzi, jurnalistikaya baxış bucağı da dəyişir. Artıq yeni texnoloji şəraitdə onlardan yeni bilik, bacarıq və fərqli vərdişlər tələb olunur. Bütün KİV sistemi, o cümlədən, radio da, məhz yeni jurnalistikanın bu dəyişən havasına, ritminə və standartlarına  uyğunlaşır.

Dediyimiz proseslər onu göstərir ki, radio jurnalistikası həm məzmun, həm də texnoloji baxımdan dəyişir, yenilənir. İndi dinləyici auditoriyasını cəlb etmək üçün yeniformalar axtarışında olur, həm də bu formalarla məzmun arasındakı qarşılıqlı əlaqələri təmin etməyə çalışırlar. Bu axtarışların səmərəli olması üçün radio jurnalistikası sahəsində müəyyən baza biliklərinin olması çox vacibdir. Sizə təqdim olunan və dünyanın qabaqcıl radiolarının təcrübəsini  əks etdirən “Radio jurnalistikası” dərsliyi məhz bu təməl bilikləri çatdırmaq, tələbələri müasir radio işi ilə tanış etmək üçün yazılmışdır.  

Dərslik  müasir radio jurnalistikasında önəmli olan bütün əsas istiqamətləri əhatə edir. Əvvəla, informasiya vasitəsi olan radionun mahiyyəti, media sistemindəki yeri, ümumi təbiəti, yaradıcılıq baxımdan özəlliyi, ifadə vasitələrinin funksionallığı, yayımın texniki əsasları izah olunur. İkinci istiqamət radioda xəbərləmə işinə aiddir və dərslikdə bu vacib mövzu bütün yönləri ilə, ən xırda detallarınadək şərh edilir. Müasir radio yayımında irihəcmli proqramlar önəmli yer tutduğuna görə müəlliflər üçüncü istiqamət kimi radioda irihəcmli proqramların hazırlanması məsələlərindən bəhs etmişlər. Bundan başqa dərslikdə proqramlaşdırma və efirin idarə olunması məsələlərinə, həmçinin, radioyayımın etik və hüquqi problemlərinə də yer verilmişdir. 

Dərsliyi praktik baxımdan faydalı edən cəhətlərdən biri də adı çəkilən audio materialların QR kod şəklində mətnə əlavə edilməsidir. Bununla da tələbə QR kodu oxudaraq sözügedən audio materialı rahatlıqla dinləmək və təhlil etmək imkanı qazanır. Yəni bu bizim dərslik yaradıcılığımızda ilk dəfə məhz burada tətdiq olunan təcrübədir.

Ümidvarıq ki, kitabda müasir radio jurnalistikasına dair əksini tapmış biliklər, praktik mülahizələr, həmçinin, uğurlu radio materialı yaratmaq üçün verilmiş faydalı tövsiyələr bu sahəyə maraq göstərənlər üçün yaxşı bələdçi olacaqdır.              ​

Qulu Məhərrəmli

BDU Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri