Icma.az
close
up
RU
Zəfərlərə aparan həmrəyliyk

Zəfərlərə aparan həmrəyliyk

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Düz 36 il əvvəl Araz sahilində yaşanan o tarixi anlar gələcəyimizə işıq salan hadisə oldu. Biz bir daha dərk etdik ki, coğrafiya azərbaycanlıları ayrı sala bilər, amma milli yaddaşımız və ortaq kimliyimiz bizi həmişə birləşdirəcək.

Bu gün biz Azərbaycan xalqının iradəsini bir ad altında birləşdirən əlamətdar günü — Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etmək üçün toplaşmışıq. Bu tarix, sərhədlərin o tayında və bu tayında yaşayan azərbaycanlıların qovuşduğu, bir-birinə dayaq olduğu, “mən”in “biz”ə çevrildiyi yaddaşdır. Və bu günü dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar hər il şərəflə qeyd edirlər.

Azərbaycan üçün həmrəylik tarixi zərurətdən doğan milli davranış olub. Xalqımız ən çətin məqamlarda güclü liderin və azərbaycançılıq ideologiyasının ətrafında birləşməyi bacardığı üçün sınaqlardan üzüağ çıxa bilib. Həmrəylik anlayışı Azərbaycan cəmiyyətində yalnız sosial və ya emosional bağlılıq deyil. Milli şüurun, vətəndaş mövqeyinin, ümumi maraqlara sadiqliyin ifadəsidir. Yaxın tariximizdə - 2020-ci il, 44 günlük Vətən Müharibəsi zamanı biz bunun bariz nümunəsini gördük. O günlərdə həmrəyliyimiz təkcə duyğu, düşüncə birliyi kimi yox, real güc kimi ortaya çıxdı. Bizi dəmir yumruq kimi birləşdirən həmrəyliyimiz böyük zəfərimizlə nəticələndi.

Təəssüf ki, müasir dövrdə həqiqət bəzən ən çox hədəfə alınan dəyərdir. Dezinformasiya, manipulyasiya, saxta xəbərlər… Elə Vətən Müharibəsi günlərində, ondan sonrakı dönəmdə də bunun şahidi olduq və yenə də olmaqdayıq. Mübarizənin döyüş meydanı ilə yanaşı, informasiya və ictimai rəy müstəvisində getdiyi bir zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın səsini yaşadıqları cəmiyyətlərin içində eşitdirdilər: kimisi yerli mediaya müsahibə verməklə, kimisi ictimai müzakirələrdə Azərbaycanın haqlı mövqeyini izah etməklə, kimisi sosial mediada məlumat paylaşmaqla, kimisi isə sadəcə yerində və vaxtında dediyi bir doğru cümlə ilə. Sirr deyil ki, bəzən bir nəfərin vaxtında dediyi doğru söz, böyük bir auditoriyanın baxışını dəyişə bilər.

Düzdür, həmin günlər diplomatlarımız da Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük səy göstərirdilər. Amma dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız gündəlik həyatda, məişətdə Azərbaycanın canlı təmsilçiləri oldular: iş yerində, universitetlərdə, mediada, ictimai platformalarda… Təşkilatlanma, müxtəlif dillərdə danışmaq bacarığı, yerli media və akademik çevrələrlə təmas — bunlar hamısı həqiqətlərimizin daha geniş auditoriyalara çatdırılması üçün real imkanlar yaratdı.

Məsələn, Vətən müharibəsi günlərində Twitter-də (indiki X-də) “#KarabakhisAzerbaijan” həştəqi çox geniş yayılmışdı və ümumilikdə Azərbaycanlıların yaratdığı həştəqlər bu dövrdə 8,5 milyondan çox paylaşımda qeyd olunmuşdu. 

Başqa nümunəni xatırladım, 2020-ci il oktyabrın 16-da humanitar atəşkəs elan edildiyi vaxt “#ArmenianAggression” və “#ArmenianTerrorism” kimi həştəqlər trendlərə daxil olaraq, geniş beynəlxalq diqqət qazanmışdı. Bu, dünyanın dörd bir tərəfinə yayılmış azərbaycanlıların həmrəyliyinin göstəricisi idi.

Dünya azərbaycanlılarının həmrəyliyi elm sahəsində də bizi gücləndirir. Müxtəlif ölkələrdə nüfuzlu universitetlərdə çalışan azərbaycanlı alimlərimniz var. Onların elmi uğurları bir tərəfdən şəxsi nailiyyətdirsə, digər tərəfdən beynəlxalq elmi mühitdə Azərbaycanın tanıdılması deməkdir. 

Xaricdə çalışan azərbaycanlı alimlərin Bakıya — o cümlədən bizim doğma Bakı Dövlət Universitetinə gəlib mühazirə oxumaları, tələbələrlə görüşlər, elmi seminarlar bunun canlı nümunəsidir. 

Bu sahədə hədəfimiz daha böyük olmalıdır: zamanla belə görüşlər dünya Azərbaycanlıları arasında körpüyə çevriləcək, gənc tədqiqatçılarımızın nailiyyətləri daha geniş elmi platformalarda yayılacaq. 

Çünki həmrəylik sadəcə “yan-yana dayanmaq” deyil — biliyi paylaşmaq, imkan yaratmaq, yol açmaq deməkdir.

Burada bizim — BDU-nun professor-müəllim heyətinin də öz məsuliyyət payı var. Həmrəy cəmiyyətin elmi və təhsili sadəcə bilik ötürülməsinə deyil, sosial məsuliyyətə, qarşılıqlı hörmətə əsaslanmalıdır. Elə ona görə də bizim müəllimlər gənclərə yalnız yazmağı yox, yoxlamağı; yalnız danışmağı yox, dinləməyi; yalnız bilgi ötürməyi yox, məsuliyyət daşımağı da öyrədirlər. 

Artıq 30 ildən çoxdur ki qeyd etdyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mənası harada yaşamağımızdan asılı olmayaraq, eyni dövlətə, eyni kimliyə, eyni dəyərlərə bağlı qalmaqdır. Bu bağı nə qədər möhkəm saxlayarıqsa, Azərbaycanın səsi bir o qədər uzağa gedər, həqiqətlərimiz bir o qədər aydın eşidilər.

Qoy dünya azərbaycanlılarının həmrəyliyi hər zaman gücümüzə güc qatsın. Bayramınız mübarək! 

Xatirə Hüseynova

BDU Yeni media və kommunikasiya 

nəzəriyyəsi kafedrasının müdiri, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri