Icma.az
close
up
RU
Ali Məhkəmənin Cinayət kollegiyası mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Ali Məhkəmənin Cinayət kollegiyası mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

Ali Məhkəmənin Cinayət kollegiyası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinin təfsirinə dair mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır. Cari ilin oktaybrın 31-də Ali Məhkəmənin Cinayət kollegiyasının bütün hakimlərindən ibarət tərkibdə məhkum edilmiş şəxsə cəza təyini zamanı cinayət qanununun tətbiqi ilə bağlı mübahisəli hüquqi məsələnin həlli ilə bağlı iclas keçiriləcək.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mübahisəli məsələ azadlığın məhdudlaşdırılması cəzasını çəkən şəxsin digər bir cinayət işi üzrə həbsdə olduğu müddətin həmin azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanıb-hesablanmaması ilə əlaqədardır.

Belə ki, şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 6 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq həmin cəzaya qismən birləşdirilib. Şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə digər bir cinayət işi üzrə həbs olunub, lakin cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilib. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə şəxsin digər bir cinayət işi üzrə həbs olunması və daha sonra həmin iş üzrə cinayət təqibinə xitam verilməsi dövründə olan həbsdə saxlanılma müddətini şəxsə əvvəl təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının ara verilmədən çəkildiyi müddət kimi qiymətləndirib və həbsdə saxlanıldığı 3 aylıq müddəti azadlığın məhdudlaşdırılması cəzası müddətinə daxil ediblər.

Vurğulanıb ki, bu yanaşma mübahisəlidir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinin məzmunu aşağıdakı kimidir:

- Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilib, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır.

Mübahisəli hüquqi məsələyə dair bir yanaşmaya əsasən, başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbs müddətinin azadlığın məhdudlaşdırılması cəzasının icrası müddətinə hesablanmamalı olması ilə bağlı müddəada qanunsuz hesab edilməyən həbsetmə nəzərdə tutulur, lakin qanunsuz hesabedilmə, yəni cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində qanunsuz həbsdə saxlanılmaqla bəraətverici əsasla cinayət təqibinə xitam verilmə bu norma ilə ehtiva olunmur. Mübahisəli hüquqi məsələyə dair bu yanaşmanı əsas hesab edən məhkəmə kollegiyası gəldiyi nəticəni, həmçinin şəxsə qanunsuz həbsə alınma ilə əlaqədar kompensasiya verilməsi institutları ilə əlaqələndirib.

Lakin mübahisəli hüquqi məsələyə dair digər yanaşmaya əsasən, Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsində təsbit edilən norma altında qanuni və ya qanunsuz (cinayət prosesini həyata keçirən orqanın səhvinin və ya sui-istifadəsinin nəticəsi) olmasından asılı olmayaraq, qətimkan tədbiri qismində seçildiyi halda istənilən həbsdə olmanın müddəti nəzərdə tutulur. Bu yanaşmaya əsasən, qeyd edilən normanın təfsiri süni surətdə genişləndirməməli və həmin normada əks olunmayan “qanuni və ya qanunsuz” həbs anlayışını özündə ehtiva edən yeni norma müəyyən edilməməlidir. Belə ki, şəxsin təqsirli bilinmədiyi cinayət işi üzrə qanunsuz həbsdə saxlanılma müddəti başqa bir iş üzrə qanuni həbsəalma müddətləri ilə əvəzləşdirilməməlidir. Göstərilən hal üzrə gəlinən nəticənin hüquqi əsası cinayət qanunvericiliyi və ya CİM-də nəzərdə tutulmamış, cəzanın məqsədi və cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən normalarla ziddiyyət təşkil etməkdədir.

“Bu fərqli yanaşmalar nəticəsində hüququn tətbiqində vahidliyin təmin olunması məqsədilə mübahisəli hüquqi məsələ Ali Məhkəmənin Cinayət kollegiyasının bütün hakimlərinin iştirakı ilə birgə iclasda müzakirə olunacaq”, - deyə məlumatda bildirilib.

Diqqətə çatdırılıb ki, hüquq ictimaiyyətinin nümayəndələrindən bu mövzu ilə bağlı rəylərini, əsaslandırılmış təkliflərini oktyabrın 31-dək Ali Məhkəmənin Cinayət kollegiyasının elektron poçtuna ([email protected]) təqdim etmələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri