Icma.az
close
up
RU
Ali Məhkəmənin sədri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Ali Məhkəmənin sədri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Ali Məhkəməsinin və Ali Ədliyyə Şurasının sədri Nino Kadaqidzenin dəvəti ilə Gürcüstana səfərə gəlib. SİA xəbər verir ki, Azərbaycan nümayəndə heyəti dekabrın 9-da Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla anıb.

Ali Məhkəmənin sədrini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Qeyd edək ki, iki gün davam edəcək səfər zamanı Azərbaycan ilə Gürcüstan arasında məhkəmə-hüquq sistemi sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanlar müzakirə ediləcək.

seeBaxış sayı:83
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri