Qurunun yerinə yanan yaş ... Bir sürücünün əməli, yüzlərlə sürücünün nüfuzunu zədələyir
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məsələ təkcə bir sürücünün qeyri-etik davranışı ilə bitmir. Bu cür hallar cəmiyyətdə bütün taksi sürücülərinə qarşı mənfi münasibətin formalaşmasına səbəb olur. Halbuki bu sahədə çalışanların böyük əksəriyyəti səhərdən axşama qədər sükan arxasında alın təri ilə çalışan, ailəsini bu yolla dolandıran insanlardır. Onlar üçün taksi fəaliyyəti sadəcə qazanc mənbəyi deyil, həm də məsuliyyətdir.
Sürücülər bildirirlər ki, bu tip hadisələr onların da gündəlik fəaliyyətinə mənfi təsir göstərir. Etimadın azalması, sərnişinlərin narahatlığı və ümumi mənfi imic nəticəsində dürüst sürücülər də haqsız şəkildə şübhə ilə qarşılanır. Bir sürücünün yol verdiyi səhv, yüzlərlə qanunlara əməl edən sürücünün zəhmətini kölgədə qoya bilir.
Bu cür halların qarşısının alınması üçün təkcə cəza tədbirləri deyil, həm də maarifləndirmə vacibdir. Mütəxəssislər bildirirlər ki, xüsusilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslər üçün etik davranış, ünsiyyət qaydaları və hüquqi məsuliyyətlə bağlı mütəmadi təlimlərin təşkili məqsədəuyğun hesab olunur.
Baş verən hadisə bir daha göstərdi ki, fərdi məsuliyyətsizlik bütöv bir peşə qrupuna zərər vura bilər. Cəmiyyət üçün əsas çağırış isə aydındır. Qanunu pozanla əməyini dürüst şəkildə qazananı ayırd etmək və ədalətli yanaşmanı qorumaq. Çünki sükan arxasında təkcə bir nəfər yox, bütöv bir peşənin nüfuzu da dayanır.
Leyla Mirzə, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 03 Fevral 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















