Icma.az
close
up
RU
Ali təhsil haqqında qanun niyə gecikir?

Ali təhsil haqqında qanun niyə gecikir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ali təhsil haqqında” qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və bir neçə dəfə iclaslarda müzakirəyə çıxarılıb. Amma hələ də qəbulu yubanır. Parlamentin payız sessiyasında bu qanunun qəbulunun prioritet məsələlərdən biri olması gözlənilir. Layihə Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına da daxil edilmişdi. Lakin layihənin müzakirəyə çıxarılması alınmadı. Layihə işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, lakin plenar iclasda müzakirəsi gerçəkləşməyib. Layihə artıq beşinci sessiyadır ki, işlər planına salınır, amma plenar iclasın müzakirəsinə çıxarılmır. 

Qeyd edək ki, ölkəmizdə "Təhsil haqqında” qanun qəbul olunub. İndi isə ayrıca "Ali təhsil haqqında” qanun layihəsinin qəbulu planlaşdırılır. 

Bəs yeni qanun layihəsi təhsil sistemində hansı yenilikləri özündə əks etdirir? 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Ali təhsil haqqında” qanunun qəbul edilməsinə ciddi ehtiyac olduğunu bildirir: "Ali təhsil haqqında” qanunda bir çox mühüm məsələlər öz əksini tapıb. Bu qanun Azərbaycanda ali təhsili tənzimləyəcək. Düzdür, "Təhsil haqqında” qanunumuz var, amma "Ali təhsil haqqında” ayrıca bir qanun yoxdur. Bu qanunun qəbul edilməsi ali təhsil müəssisələri üçün də olduqca önəmlidir. Bu gün təhsildə bir sıra çağırışlar var ki, onların yerinə yetirilməsi üçün bu qanuna ehtiyac var”. Millət vəkilinin sözlərinə görə, sənəddə distant təhsil, xarici diplomların tanınması, universitetlərin idarə olunması, tələbə yataqxanaları, tələbələrin köçürülməsinin yeni qaydaları, doktorantura pilləsinin ikili səviyyədən bir səviyyəyə endirilməsi və s. məsələlər yer alıb. C.Məmmədov bildirir ki, adətən qanunlar qəbul edilərkən mərkəzi icra orqanlarının rəy və yanaşmaları nəzərə alınır: "Hesab edirəm ki, hazırkı mərhələdə qanunun qəbul edilməsi Elm və Təhsil Nazirliyindən asılıdır. Nazirlik bu prosesdə fəal olmalıdır. Yəni burada məsələ təkcə Milli Məclisdən asılı deyil, həm də digər strukturlardan asılı olan məsələlər var”.

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının fikrincə, zaman, tələbat və şərait dəyişdikcə qanunlar da dəyişir: "Ya yeni maddələr əlavə olunur, ya da dəyişikliklər edirlər. Yəqin ki, yeni dövrə uyğun dəyişikliklərə ehtiyac var”. H.İsaxanlı bildirir ki, ali təhsil sistemi ilə orta təhsil sistemi arasında kəskin fərqlər mövcuddur. Bu baxımdan, ali təhsilin ayrıca xüsusiyyətləri olduğundan, onun ayrıca qanununun olmasının heç bir ziyanı yoxdur: "Bunlar başqa səviyyələr, ayrı-ayrı problemlərdir. Hər cəhətdən fərqlər çoxdur. Ona görə də "Ali təhsil haqqında” ayrıca qanunun olması yaxşı olardı”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüstəm Kamal isə hesab edir ki, qəbulu gözlənilən qanun təhsilin mərhələlərini, təhsilalma formalarını qaydaya salacaq və artıq bu çərçivədən kənara çıxmaq olmayacaq: "Təhsil hər bir ölkənin prioritet sahəsidir. Elə bir ailə yoxdur ki, bu və ya digər dərəcədə təhsillə bağlı olmasın. Ölkənin Konstitusiyasından sonra bu qanun ikinci vacib sənəddir. Təhsil sistem içində sistemdir. Bu sistemlərin ahəngdar işləməsi üçün vacib olan isə qanundur”. Professor hesab edir ki, bizim dünya təhsil sisteminə inteqrasiya olunmağımız üçün "Ali təhsil haqqında” qanunda dünya təhsil sistemində baş verən müsbət hadisələr, yerli, milli xüsusiyyətlər nəzərə alınacaq”. Professorun fikrincə, qanun layihəsi çap edilib ictimai müzakirəyə də verilməlidir ki, müəllimlər, ictimaiyyət nümayəndələri də onunla tanış olsunlar: "Bu qanunun qəbulunun vaxtı çatıb. Fikrimcə, bu sənəd təhsilimizdə ortaya çıxan süni əngəlləri də aradan götürə bilər. Çünki ortada qanun olarsa, bu, bir çox məsələlərdə redaktə işlərini sürətləndirəcək”.

Dosent İlham Əhmədov da Milli Məclisdə "Ali təhsil haqqında qanun” layihəsi üzərində 4 ildir ki, işlərin davam etdiyini bildirir: "İndi bu işə yenidən start veriləcək. Bu halda proses hələ xeyli davam edə bilər”. Ekspert bildirir ki, bizdə hazırda "Təhsil haqqında qanun” və digər normativ sənədlər var: "Onlara doğru-düzgün əməl edilsə, mövcud problemlərin çoxu həll edilə bilərdi. Amma, əksinə, problemlər ilbəil artdı. Bu gün də təhsildə olan bir çox problemlər, baş verən bəzi proseslər "Təhsil haqqında qanun”la uzlaşmır. Gec-tez "Ali təhsil haqqında qanun” da qəbul ediləcək, amma bu gedişlə ali təhsildəki problemlərimiz tezliklə öz həllini tapmayacaq”. İ.Əhmədov hesab edir ki, qanundan əvvəl və ya paralel olaraq ali təhsilə dair yol xəritəsi, inkişaf strategiyaları qəbul edilməlidir: "Hələ də ali təhsilə dair normal strategiyamız yoxdur. Son 15 ildə ali təhsilə dair cəmi bir strategiya qəbul edilib. Bu, 2009-2013-cü illər üzrə olan sənəddir. Onun da icrası yarımçıq oldu. Bizdə belə təsəvvür var ki, intizarla gözlənilən hansısa qanun qəbul edilən kimi, bu sahənin bütün problemləri avtomatik həll ediləcək. Sahənin inkişafı üçün mükəmməl qanunvericilik aktlarının olması zəruridir, lakin bu, kafi deyil. Əlavə digər məsələlər də həll edilməlidir”.

Mənbə: "Kaspi" qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri