Ali təhsil haqqında qanun layihəsi ötən çağırışdan hazırdır DEPUTAT
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ötən çağırışda “Ali təhsil haqqında” qanun layihəsi üzərində ciddi iş getdi, hətta universitet rektorları, Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi ilə müzakirələr apardıq. Qanunun layihə forması ötən çağırışdan hazırdır, bu çağırışda hansı addımlar atılacağı ilə bağlı isə hələ yekun bir yanaşma yoxdur".
Modern.az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
O bildirib ki, ümumiyyətlə, qanun qəbulu asan proses deyil. Burada Elm və Təhsil Nazirliyinin mövqeyi var, Milli Elmlər Akademiyasını düşündürən məsələlər var, universitetlərin praktik baxımdan fərqli baxışları var, Dövlət İmtahan Mərkəzinin özünün bir fərqli baxışı var.
“Bu layihədə də bütün mövqeləri uzlaşdırdıqdan sonra bu məsələnin gündəmə çıxarılması və müzakirəsi nəzərdən keçirilə bilər”, - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















