Ali təhsil haqqında qanuna ehtiyac var Deputat
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Payız sessiyasının gündəliyinə Ali təhsil haqqında Qanun layihəsinin daxil edilməsini təklif edirəm.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov bildirib.
O qeyd edib ki, ali təhsil müəssisələrinin belə bir qanuna ehtiyacı var:
"Biz təhsil haqqında qanun qəbul etmişik. Qanun layihəsində ali təhsil sisteminin elektronlaşdırılması, maliyyələşdirilməsi, tədqiqat universitetlərinin yaradılması, akademik heyətin hüquq və vəzifələri, ali təhsil müəssisələrinin muxtariyyəti və digər mühüm vəzifələr əksini tapıb. Bu gün heç bir halda qaydalar qanunu əvəz etmir. Eyni zamanda süni intellekt haqqında qanun hazırlanmasını təklif edirəm. Bu yaxınlarda İtaliya belə bir qanun qəbul etdi”.
Deputat, həmçinin qəbiristanlıqlarla bağlı qanunun qəbul olunmasını təklif edib və getdikcə bu məsələ daha çox problem yaradacağını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 30 Sentyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















