Icma.az
close
up
RU
Ali təhsili olanların hərbi xidmət müddəti artırılır? AÇIQLAMA

Ali təhsili olanların hərbi xidmət müddəti artırılır? AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Əvvəllər orduya çağırış üçün yaş həddi 18-dən 35-ə qədər idi. Yeni qanuna əsasən bu hədd 30 yaşa endirildi, çünki hərbi xidmətdən yayınmaq üçün müxtəlif yollar seçilirdi. Əsasən ali təhsil alanlara müvəqqəti möhlət verilirdi. Daha sonra onlar ikinci ali təhsil alır, xaricdə təhsil davam etdirir, magistraturaya daxil olur və nəticədə müddəti uzadaraq yaşı tamamlayırdılar".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib.
O bildirib ki, bəziləri isə ümumiyyətlə ölkəni tərk edir və geri qayıtmırdı:

"Belə halların qarşısını almaq üçün son yaş həddi 30-a endirildi. Bundan əlavə, ali təhsil alanlar ən çoxu 26 yaşa qədər möhlət hüququ tanındı. 26 yaşdan sonra təhsilini davam etdirsə belə, hərbi xidmətə çağırılmalıdır. Yəni 26 yaşa qədər həm təhsil ala, həm möhlət götürə bilərsiniz. 26 yaş tamam olduqdan sonra isə mütləq xidmətə çağırılacaqsınız.
Bu addım hərbi xidmətdən yayınma hallarının qarşısını almaq məqsədi daşıyır. Qanunvericilikdə başqa dəyişikliklər də edildi. Çağırışçı ilk dəfə çağırıldıqda gəlməsə cərimələnir, ikinci dəfə gəlmədikdə isə sənədlər prokurorluğa göndərilir və şəxs cinayət məsuliyyətinə cəlb olunur".
Ekspert deyib ki, bu dəyişikliklərin iki mühüm müsbət cəhəti var:
"Birincisi, son yaş həddinin 35-dən 30-a endirilməsidir. Çünki 35 yaş çox hesab olunurdu. ikincisi isə təhsil bəhanəsi ilə xidmətin illərlə təxirə salınmasının qarşısının alınmasıdır. Bütün bu tədbirlər ordudan yayınma hallarını azaldır. 
Bu gün Azərbaycan müstəqildir, ərazilər işğaldan azad edilib və gənclərin hərbi xidmət keçməsi onların həm təcrübə qazanması, həm də ehtiyat qüvvə kimi formalaşması üçün vacibdir. Xidmətini başa vuranlar ehtiyatda saxlanılır və gələcəkdə ehtiyac yaranarsa orduya cəlb edilə bilərlər".
Onun sözlərinə görə, başqa ölkələrin təcrübəsində alternativ xidmət var:
"Məsələn, Türkiyədə müəyyən məbləğ ödəməklə xidmət müddətini qısaltmaq mümkündür; Azərbaycanda isə belə imkan yoxdur.
Hazırkı sistemdə ali təhsillilər üçün bir il, ali təhsilsizlər üçün il yarım xidmət müddəti müəyyən edilib. Bu fərqlilik bəzi suallar yaradır. Hərbi xidmətin hamı üçün eyni olması prinsipinə nə dərəcədə cavab verməlidir sualı aktuallığını qoruyur və gələcəkdə bu məsələ üzərində yenidən düşünmək lazım ola bilər. 
Ümumilikdə, qəbul olunan qanunlar tərifəlayiqdir və hərbi xidmətdən yayınma hallarını minimuma endirməyə yönəlib".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri