Icma.az
close
up
RU
Gürcüstan ali təhsili pulsuz edir

Gürcüstan ali təhsili pulsuz edir

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanda dövlət universitetlərində ali təhsil tələbələr üçün ödənişsiz olacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, yeni maliyyələşdirmə modeli çərçivəsində tələbələrin təhsilə marağını və motivasiyasını qorumaq üçün xüsusi mexanizmlər nəzərdə tutulub.

"Pulsuz ali təhsillə bağlı çox aydın açıqlama verildi. Gürcüstanda ilk dəfə olaraq dövlət universitetlərində ali təhsil tələbələr üçün pulsuz olacaq. Tələbələrin motivasiyasını itirməməsini təmin etmək üçün müəyyən mexanizmlər yaradılıb", – deyə İ.Kobaxidze bildirib.

Onun sözlərinə görə, əgər tələbə bir semestr ərzində iki fəndən kəsilərsə, bu, onun tədris prosesində kifayət qədər iştirak etmədiyini göstərir: "Belə halda, üçüncü semestrdən etibarən dövlət maliyyələşdirilməsinin həcmi azaldılacaq. Bunun yeganə məqsədi tələbələrin təhsilə marağını və motivasiyasını artırmaqdır".

Siyasətçi əlavə edib ki, ölkədə iqtisadi artım tempinin yüksək səviyyədə qalmasının əsas səbəblərindən biri korrupsiyanın aradan qaldırılmasıdır. Belə ki, cari ilin ilk altı ayı üzrə iqtisadi göstəricilər Beynəlxalq Valyuta Fondunun (BVF) ilkin proqnozlarını əhəmiyyətli dərəcədə üstələyib.

"Ötən ay iqtisadi artım 8,6 %, ilin ilk altı ayında isə orta hesabla 7,9 % təşkil edib. Bu göstəricilər BVF və digər beynəlxalq maliyyə institutlarının əvvəlcədən açıqladığı proqnozlardan xeyli yüksəkdir. İqtisadi sistemimiz dayanıqlılıq nümayiş etdirir. İqtisadi artımın davamlı olmasında korrupsiyaya qarşı mübarizə mühüm rol oynayır. İqtisadi artım tempini qoruyub saxlamağımızın əsas səbəblərindən biri korrupsiyanın aradan qaldırılmasıdır. Bilirsiniz ki, yuxarı eşelonlarda korrupsiya tamamilə aradan qaldırılıb və bu, iqtisadi artımın qorunmasına, hətta daha da sürətlənməsinə birbaşa töhfə verir", – deyə Baş nazir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Avqust 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see295

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see262

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see241

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see241

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see240

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see227

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see211

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see208

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see208

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see208

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see208

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see207

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see207

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see196

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see196

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see194

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see192

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see189

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see185

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri