Icma.az
close
up
RU
Ali təhsilin müddətinin 3 ilə endirilməsi hansı dəyişikliklərə səbəb ola bilər? EKSPERT AÇIQLADI

Ali təhsilin müddətinin 3 ilə endirilməsi hansı dəyişikliklərə səbəb ola bilər? EKSPERT AÇIQLADI

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ali təhsilin müddətinin 4 ildən 3 ilə endirilməsi təklifi gündəmə gəlib. Bu dəyişiklik həm Avropa təhsil modelinə inteqrasiya, həm də gənc kadrların əmək bazarına daha tez daxil olmasını hədəfləyir. Lakin bu model ölkədə təhsilin keyfiyyətinə və inkişafına nə dərəcədə təsir edə bilər? Bu dəyişiklik Azərbaycan üçün nə dərəcədə realdır?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, son dövrlərdə Azərbaycanda ali təhsilin modernləşdirilməsi istiqamətində müxtəlif ideyalar və islahat təklifləri gündəmə gəlməkdədir:

"Hazırda ölkədə distant təhsilin geniş şəkildə tətbiqi üçün lazımi maddi-texniki baza tam formalaşmayıb. Bu, xüsusilə regionlarda internet infrastrukturunun qeyri-bərabər inkişafı, müəllimlərin və tələbələrin distant təhsilə uyğunlaşmaması, eyni zamanda, elektron tədris materiallarının çatışmazlığı ilə bağlıdır. Bu səbəbdən də distant təhsilin tətbiqi yalnız müəyyən təcrübə layihələri ilə məhdudlaşır və geniş miqyaslı keçid yaxın illər üçün real görünmür.

Digər tərəfdən, bəzi ixtisaslarda ali təhsilin 4 ildən 3 ilə endirilməsi məsələsi də ciddi müzakirə mövzusudur. Bu yanaşmanın məqsədi təhsil sistemini daha çevik və effektiv etmək, eyni zamanda tələbələrin daha tez əmək bazarına inteqrasiya olunmasına şərait yaratmaqdır. Xüsusilə bəzi humanitar ixtisaslarda — məsələn, jurnalistika, filologiya, tarixi istisna etməklə — proqramların 3 il ərzində effektiv şəkildə tamamlanması mümkündür. Lakin hüquqşünaslıq kimi sahələrdə təhsilin kompleksliyi və cəmiyyətə təsiri nəzərə alınaraq təhsil müddətinin azaldılması məqsədəuyğun hesab edilmir.

Bununla belə, 3 illik və 4 illik təhsil proqramları arasında fərqlər təkcə müddət baxımından deyil, tədris yükü, fənlərin intensivliyi, praktik bacarıqların formalaşması və təhsil keyfiyyəti baxımından da ortaya çıxır. Tədris müddətinin azaldılması tələbənin eyni biliyi daha qısa zamanda mənimsəməsini tələb edir ki, bu da həm təhsil proqramlarının yenidən qurulmasını, həm də tədris metodlarının dəyişdirilməsini vacib edir.

Ümumilikdə isə bu istiqamətdə ciddi islahatların aparılması üçün ilkin mərhələdə normativ-hüquqi baza, kurikulum islahatları, maddi-texniki təminat və kadr potensialı kimi məsələlərin həlli zəruridir. Ən əsası isə bu tip dəyişikliklərin tələsik deyil, mərhələli və əsaslandırılmış şəkildə həyata keçirilməsi vacibdir. Rəsmi qurumlar tərəfindən verilən açıqlamalara əsasən, nə distant təhsilə tam keçid, nə də 3 illik bakalavr proqramlarının tətbiqi yaxın 3-4 il ərzində real görünmür. Bu da onu göstərir ki, məsələ hazırda daha çox planlaşdırma və tədqiqat mərhələsindədir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri