Icma.az
close
up
RU
Ali təhsillilərin hərbi xidmət dövrü 79 aya endiriləcək

Ali təhsillilərin hərbi xidmət dövrü 79 aya endiriləcək

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi polkovnik Azər Babayev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deyib ki, Azərbaycanda həqiqi hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə edilir.

Bəs həqiqi hərbi xidmət müddətinin azaldılmasına hazırıqmı?
Mövzu ilə bağlı Modern.az-a danışan hərbi eksepert Ramil Məmmədli bildirib ki, Milli Məclisdə aparılan müzakirələr islahatlar prosesinin ilkin mərhələsidir:

“Bundan sonra digər mühüm addımlar da atılacaq. Azərbaycan artıq əsas müharibəni arxada qoyub, ərazi bütövlüyümüz tam təmin olunub. Belə olan təqdirdə hərbi xidmətə çağırışçılarla bağlı müəyyən islahatlara ehtiyac var idi. Həm bizə qonşu olan ölkələrdə, həm də keçmiş potsovet məkanında hərbi xidmətə çağırış həddi 27-30 yaş aralığında dəyişir. Bizdə isə çağırışın yuxarı yaş həddi 35 idi, bu da müharibə faktoru ilə bağlı idi. Amma ordu quruculuğunda yeni islahatlar dövrü başlayıb. Daha peşəkar hərbi qulluqçuların xidmətə cəlb edilməsi işləri həyata keçirilir. O baxımdan da hərbi xidmətə çağırışın yuxarı yaş həddinin 35-dən 30-dək azaldılması nəzərdə tutulur ki, bu da prosesin ilkin mərhələsidir. Mən bu məsələyə müsbət baxıram”.
 

R.Məmmədli qeyd edib ki, sonrakı proseslərdə ali təhsili olmayanların hərbi xidmət dövrü 18 aydan 12 aya, ali təhsillilərin isə 12 aydan 7-9 ay aralığına endiriləcək:
 


“Bunun Silahlı Qüvvələrin komplektləşməsi məsələsinə hər hansı mənfi təsiri olmayacaq. Digər tərəfdən də peşəkar ordu quruculuğu prosesində çağırışçıların qısa müddət ərzində bilik və bacarıqları öyrəniləcək. Onların arasından hərbi xidmətə marağı olan, bilik və qavraması yüksək səviyyədə olanlar orduda qalıb MAXE, gizir,  yaxud zabit kimi xidmətlərini davam etdirəcəklər. Orduya 33-34 yaşında bir kişini çağırıb xidmət etdirmək elə də effektli deyil. O gəlib orada heç nə öyrənməyəcək”.
 

Hərbi ekspert çağırış yaşı ilə bağlı məsələyə də toxunub:
 

“Parlamentdə də bir zamanlar belə fikirlər səsləndirilirdi ki, "18 yaşlı uşaq hərbi xidmətə aparılır". Amma mən bir məqamı qeyd etmək istəyirəm ki, 18 yaş gənc kişi üçün qavrama qabiliyyətinin ən effektiv olduğu dövrdür. 18-22 aralığında olan gənclərin hərbi xidmətə getməsi orada əldə etdikləri bacarıqları mənimsəməsinə gətirib çıxarır. Bu yaş normaldır, çünki çağırışçı bu zaman 20 yaşı olmamış artıq tərxis olunur. Bundan sonra o ali təhsilini ala bilər, həyatının qalan hissəsini şəxsi fəaliyyətinə sərf edə bilər. Amma bu yaş 20-22 yaşa qaldırılsa, burada itki müddəti yaranır. Həm də şəxs orta məktəbi bitirəndən 3-4 il sonra hərbi xidmətə getsə, konkret hansısa peşə sahibi olacaq və o peşəni qoyub getməsi də bir qədər doğru deyil. Eyni vəziyyət ali təhsillilər üçün də keçərlidir. Şəxs ali təhsilini başa vurur və iş fəaliyyətinə başlamamış hərbi xidməti keçir və qayıdaraq peşə fəaliyyəti ilə məşğul olur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Dekabr 2024 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri