Alim dünya liderləri üçün bu mahnını oxudu VİDEO
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, mərasim çərçivəsində qonaqlara konsert proqramı təqdim olunub.
Bədii açılışda Xalq artisti Alim Qasımov “Sarı gəlin” mahnısını ifa edib. Onu balabanda Xalq artisti Əlixan Səmədov müşayiət edib.

