Icma.az
close
up
RU
Bakıda beynəlxalq tədbir Kamran Əliyev mühüm görüşlər keçirdi

Bakıda beynəlxalq tədbir Kamran Əliyev mühüm görüşlər keçirdi

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

27-28 oktyabr tarixlərində Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Maldiv Respublikasının Korrupsiyaya Qarşı Komissiyasının sədri Adam Şamil və Misir Ərəb Respublikasının İnzibati Nəzarət Orqanının sədri Əmr Adel Hosni ilə ayrı-ayrılıqda görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşlərdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi və korrupsiya risklərinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Misir Ərəb Respublikasının İnzibati Nəzarət Orqanının sədri ilə görüşdə Azərbaycan-Misir münasibətlərinin tarixi dostluq və qarşılıqlı hörmətə əsaslandığı vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il iyunun 8-də Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirdiyi görüşə istinad edilərək, iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqun, habelə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Tərəflər Azərbaycan Respublikasının Baş Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Misirin İnzibati Nəzarət Orqanı arasında əlaqələrin genişləndirilməsi, korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkarlanması və araşdırılması sahəsində təcrübə mübadiləsi, habelə səmərəli nəzarət mexanizmlərinin tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Maldiv Respublikasının Korrupsiyaya Qarşı Komissiyasının sədri ilə görüşdə Azərbaycan və Maldiv Respublikası arasında diplomatik münasibətlərin 1994-cü ildə qurulduğu qeyd olunub, siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. Bu kontekstdə Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzunun COP29 çərçivəsində Azərbaycana səfəri və tədbirdə iştirakı xatırlanıb.

Tərəflər korrupsiya hüquqpozmalarının qarşısının alınması və aşkar edilməsi, məlumat mübadiləsinin genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər.

Baş prokuror, həmçinin, Komissiyanın üzvünün də 2025-ci ilin may ayında Bakıda keçirilmiş GlobE Şəbəkəsinin Altıncı Plenar İclasında və İdarəetmə Komitəsinin 10-cu iclasında iştirakını xatırladaraq, bu platformaların beynəlxalq antikorrupsiya əməkdaşlığındakı rolunu qeyd edib.

Hər iki görüşdə antikorrupsiya sahəsində institusional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər müvafiq qurumlar arasında əməkdaşlığın gələcək inkişafına qarşılıqlı maraq ifadə ediblər.










Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Oktyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri