Icma.az
close
up
RU
Alim: “Hazırda Azərbaycanda nüvə və radioloji təhlükə baxımından vəziyyət sabitdir”

Alim: “Hazırda Azərbaycanda nüvə və radioloji təhlükə baxımından vəziyyət sabitdir”

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Radiasiyadan qorunmaq üçün əhalinin ilk növbədə möhkəm tikililərdə və ya yeraltı sığınacaqlarda qalması lazımdır. Aşağı dozalar adətən təhlükəsiz sayılır, yüksək dozalar (100 mSv-dan çox) isə qısa və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında AMEA-nın Radiasiya Problemləri İnstitutunun Ətraf mühitin radiasiya kimyası laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanov deyib.
O bildirib ki, nüvə və radioloji təhlükələrin qarşısını almaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) və digər beynəlxalq təşkilatlar davamlı monitorinq aparır:
“Dünyada nüvə obyektlərinin təhlükəsizlik standartları artırılır, fövqəladə hallar üçün təxliyə və sığınacaq planları hazırlanır. Radioloji məlumatlandırma və xəbərdarlıq sistemləri təkmilləşdirilir. Elmi araşdırmalar radiasiyanın təsirlərini öyrənir və risklərin düzgün qiymətləndirilməsinə imkan verir. Müxtəlif ölkələr arasında beynəlxalq əməkdaşlıq və nüvə təhlükəsizliyi konvensiyaları mövcuddur”. 
Alimin sözlərinə görə, hazırda Azərbaycan ərazisində nüvə və radioloji təhlükə baxımından vəziyyət sabitdir:
“Dövlətin avtomatik radiasiya monitorinq stansiyaları fasiləsiz işləyir və son ölçmələr göstərir ki, hava, torpaq və su nümunələrində süni radionüklidlər və anormal radiasiya müşahidə olunmur. Bu isə onu göstərir ki, ölkədə radiasiya fonu normal, yəni təhlükəsiz səviyyədədir. 
Elmi cəhətdən radiasiya riski daimi monitorinq və beynəlxalq standartlara uyğun tədbirlərlə minimal səviyyədə saxlanılır. Fövqəladə hallar zamanı əhali üçün hazırlanmış sığınacaq, dekontaminasiya və təxliyə planları mövcuddur. 
Beynəlxalq təcrübədə olduğu kimi, Azərbaycanda da dövlət qurumları həm radiasiya təhlükəsizliyi, həm də əhalinin maarifləndirilməsi sahəsində sistemli iş aparır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri