Icma.az
close
up
RU
“Alim Qasımov Baləli ilə də duet oxusun!” Baba Vəziroğlu

“Alim Qasımov Baləli ilə də duet oxusun!” Baba Vəziroğlu

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Şair, tərcüməçi Baba Vəziroğlu Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi duetə münasibət bildirib.

Bu barədə “Yeni Sabah”a danışan şair duet haqqında fikirlərini bölüşərək layihəni müsbət qiymətləndirib və muğamın müasir musiqi ilə sintezinin vacibliyindən danışıb:

“Dueti mən də dinləmişəm və çox həzz almışam. Alimin özünün dediyi kimi, muğamı yavaş-yavaş müasirləşdirmək lazımdır. Alimin zövqü də, dəyəri də sənətkardır və zövqü palatka müğənnilərinin zövqü kimi deyil. Deməli, orada nəsə görüb ki, oxuyub. Üzeyiri də o axına sala bilib. Hər ikisi də dostumdur. Onlara uğurlar arzulayıram. Pepperoni pizza

Bir dəfə də demişdim bu fikri ki, Üzeyir Hacıbəyov da, Üzeyir Mehdizadə də, Alim Qasımov da, Baləli də bizimkidir. Bir gün Alim Qasımov Baləli ilə də duet oxusa, pis alınmaz. Onsuz da Alim meyxana oxumağa meyillidir. Buna sevinərəm ki, yeni eksperimentlər gedir. Bəxtiyar Vahabzadə demiş, dünya fırlanır. Biz də yerimizdə qalmalı deyilik”.

B.Vəziroğlu qeyd edib ki, tənqid yazanlar arxayın və bikar adamlardır:

“Bir professional kimi deyə bilərəm ki, sözlərdə bir az bayağılıq var. Yəni əsl şair sözləri deyil. Yenə də uğurlu layihədir. Məsələn, musiqini Ramiz Rövşənin sözləri ilə ortaya gətirə bilərdilər. Yenə də olanımıza şükür. Yəqin gələcəkdə bu məqamlar nəzərə alınacaq. Bu yarandısa, düşünürəm ki, davamı bundan da gözəl olacaq.

Tənqid yazanlara da biganə yanaşıram. Onlar arxayın və bikar adamlardır. Mən də ciddi bir şeylər paylaşanda belə altından bu cür rəylər yazırlar. Hər şeyə qulp qoymaq da bizim insanların əlamətlərindən biridir. Bikar adamlardan soruşsanız ki, siz bunu necə oxuyardınız? Cavab verə bilməyəcəklər. Çünki nə səs, nə də istedad var. Onların əsas peşəsi insanlara qulp qoymaqdan ibarətdir. Onlara da əhəmiyyət vermək lazım deyil. Alim Qasımov demiş, bəyənən sağ olsun, bəyənməyənin də Allah işini avand etsin. Mən də o fikirdəyəm”.

Qeyd edək ki, Xalq artisti Alim Qasımov Üzeyir Mehdizadə ilə “Nəyindən narahatsan?” adlı duet oxuyub. Onların bu ifası sosial mediada müzakirələrə və tənqidlərə səbəb olub.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Sentyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri