Alim Qasımov: “Həyatımdan dəhşətli film çəkilər” ÖZƏL
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hər sənətkar yalnız yaratdıqları ilə deyil, həm də yaşadıqları ilə yadda qalır. Bəzilərinin həyatı isə təkcə yadda qalmaq üçün deyil, həm də iz qoymaq, düşündürmək və öyrətmək üçündür. Məhz belə sənətkarların ömür yolu kinoya çevrilməyə layiqdir.
Rejissor, ssenarist Əbdül Mahmudov saytımıza etdiyi açıqlamada bəzi sənətkarların həyatının filmə çəkilməsini təklif edib. Həmin sənətkarların içərisində xalq artisti Alim Qasımovun da adı var.
Bəs Alim Qasımov özü bu barədə nə düşünür? O, həyatının filmə çəkilməsini istəyirmi?
Bizim.Media mövzuyla bağlı xanəndənin fikirlərini öyrənib.
“Həyatım dəhşətli film olar...”.
“Mənim həyatım 2 seriyalı, bədii, özü də necə dəhşət film olar. Hansı məqamların çəkiləcəyini isə rejissor tapılanda deyəcəyəm”, - deyə xalq artisti qeyd edib.
Yəni belə bir təklif olarsa, xalq artisti qəbul edər?
“Bəli, belə bir film təklifi olarsa, razılaşaram”, -deyə Alim Qasımov bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 24 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















