Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London, 2 noyabr, AZƏRTAC
Böyük Britaniyada mənzil kirayəsi xərclərinin ödənilməsi üçün verilən sosial müavinətlərin artırılmaması təxminən 200 min ailənin yoxsulluq həddinə düşməsinə və ya mövcud maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Independent” qəzeti ölkənin aparıcı xeyriyyə təşkilatlarına istinadla məlumat yayıb.
“Trussell Trust”, “Generation Rent” və “Joseph Rowntree Foundation” daxil olmaqla bir sıra təşkilatlar Baş nazir Endi Börnhemə ünvanladıqları açıq məktubda hökumətin dövlət büdcəsində mənzil müavinətlərinin dondurulması qərarını qüvvədə saxlamasından narahatlıqlarını ifadə ediblər.
Böyük Britaniyada kirayə mənzil üçün sosial yardımın məbləği Yerli Mənzil Müavinəti sistemi əsasında müəyyən edilir. Bu mexanizm müavinətlərin hər bir ərazidə ən aşağı qiymətə təklif olunan kirayə mənzillərin 30 faizinin xərcini qarşılaya bilməsini nəzərdə tutur. Lakin 2024-cü ilin aprelindən etibarən müavinətlərin hesablanmasında istifadə olunan məbləğlər dondurulub. Bu müddətdə kirayə qiymətlərinin artması sosial yardım alan şəxslərin mənzil xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırıb.
Oktyabr ayında müavinət məbləğləri ilə münasib qiymətə kirayə mənzillərin dəyəri arasındakı fərq rekord səviyyəyə- 23,3 faizə çatıb. Nəticədə sosial yardım alan kirayəçilər Londonda mənzil xərclərini ödəmək üçün orta hesabla ayda əlavə 200 funt sterlinq, ölkənin digər bölgələrində isə təxminən 100 funt sterlinq tapmalı olurlar. Xeyriyyə təşkilatları hökuməti mənzil müavinətlərinin məbləğini kirayə bazarındakı real qiymətlərə uyğunlaşdırmağa çağırırlar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 02 Noyabr 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















