Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Avtomobil yanğınları boşluqlardan qaynaqlanır ŞƏRH EDİLDİ

Avtomobil yanğınları boşluqlardan qaynaqlanır ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

"Son illər nəqliyyat vasitələrində baş verən yanğın halları təsadüfi deyil və bu hadisələr əsasən texniki, istismar və nəzarət mexanizmlərində mövcud olan sistemli problemlərlə bağlıdır. Avtomobil yanğınlarının böyük əksəriyyəti qəza nəticəsində deyil, öncədən mövcud olan texniki nasazlıqların vaxtında aşkar edilməməsi səbəbindən baş verir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.Onun sözlərinə görə, əsas səbəblərdən biri avtomobillərin elektrik sistemlərində yaranan nasazlıqlardır: "Xüsusilə köhnə nəqliyyat vasitələrində naqillərin izolyasiyasının aşınması, qeyri-peşəkar müdaxilələr, əlavə elektrik avadanlıqlarının (siqnalizasiya, audio sistemlər və s.) düzgün quraşdırılmaması qısaqapanmaya və nəticə etibarilə yanğına səbəb olur. Bu problem texniki baxış zamanı dərin şəkildə yoxlanılmadıqda risk daha da artır. İkinci mühüm amil yanacaq sistemindəki sızmalar və keyfiyyətsiz yanacaq istifadəsidir. Yanacaq borularının köhnəlməsi, rezin hissələrin deformasiyası, eləcə də bazarda dövriyyədə olan standartlara cavab verməyən yanacaq mühərrikdə həddindən artıq qızmaya və alışma riskinə gətirib çıxarır. Təəssüf ki, yanacaq keyfiyyətinə nəzarət mexanizmləri bəzən formal xarakter daşıyır və bu da təhlükəsizlik baxımından ciddi boşluq yaradır.Digər bir səbəb isə mühərrikin soyutma sistemindəki problemlərdir. Antifrizin vaxtında dəyişdirilməməsi, radiatorun çirklənməsi və ya ventilyatorun düzgün işləməməsi mühərrikin normadan artıq qızmasına səbəb olur. Bu isə həm yağın alışma ehtimalını artırır, həm də plastik və rezin hissələrin yanmasına zəmin yaradır. Burada xüsusilə vurğulanmalı məqam texniki baxış sistemində mövcud olan çatışmazlıqlardır. Bir çox hallarda texniki baxış yalnız sənəd üzərində aparılır, real mexaniki və elektron yoxlamalar isə lazımi səviyyədə həyata keçirilmir. Bu da potensial təhlükə yaradan nasazlıqların vaxtında aşkarlanmasına mane olur. Halbuki müasir yanaşma texniki baxışın yalnız formal prosedur deyil, real təhlükəsizlik filtri kimi işləməsini tələb edir.İstismar qaydalarına əməl olunmaması da yanğın riskini artıran faktorlardandır. Avtomobillərin uzun müddət servisə göstərilməməsi, istehsalçı tövsiyələrinə uyğun olmayan ehtiyat hissələrinin istifadəsi və sürücülərin texniki savadlılıq səviyyəsinin aşağı olması problemin dərinləşməsinə səbəb olur. Bir çox sürücü avtomobildə yaranan ilkin əlamətləri yanıq qoxusu, tüstü, temperatur göstəricilərində anomaliyanı ciddi təhlükə siqnalı kimi qəbul etmir. Nəqliyyat vasitələrində baş verən yanğınların qarşısının alınması üçün texniki baxışın real və şəffaf keçirilməsi, yanacaq bazarına nəzarətin gücləndirilməsi, eləcə də sürücülərin istismar mədəniyyətinin artırılması vacibdir. Bu sahədə sistemli islahatlar aparılmadığı təqdirdə, avtomobil yanğınları təkcə maddi zərər deyil, eyni zamanda insan həyatı üçün ciddi risk olaraq qalmağa davam edəcək".

Müəllif: Ziya Hikmətoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri