Icma.az
close
up
RU
Alim: Yaxşı olardı ki, Qarabağ Universitetində də erməni dili tədris olunsun

Alim: Yaxşı olardı ki, Qarabağ Universitetində də erməni dili tədris olunsun

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Düşmənin dilini bilmək lazımdır



Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda keçirilən ictimai dinləmədə bir sıra vacib məsələlərə toxunulub. Çıxış edənlər Ermənistan hökumətinin Qərbi Azərbaycandan deportasiya etdiyi soydaşlarımızın tarixi Vətənlərinə qayıtması hüququnun beynəlxalq təşkilatlar qarşısında daim qaldırılmalı olduğunu qeyd ediblər. Eyni zamanda həllini gözləyən digər vacib məsələlərə də toxunulub. Professor Firudin Cəlilov erməni dili və ədəbiyyatının tədrisinin vacibliyindən danışıb. Qeyd edib ki, Azərbaycanda erməni dilini, ədəbiyyatını tədris edən fakültə, hətta universitet yaradılmalıdır. Qərbi azərbaycanlıların problemlərini qaldırmaq üçün ermənilərin dilini öyrənmək vacibdir: “Bizə ermənilərlə qarşı-qarşıya dura biləcək, müzakirə aparacaq kadrlar lazımdır, onları hazırlamalıyıq. Ermənilər Azərbaycan dilini bilirlər, öyrənirlər, tədqiq edirlər. Amma bizdə bu çatışmazlıq hələ də həllini tapmayıb”. Məlum məsələdir ki, hər hansı bir dövlətə düşmən mövqedə duran digər dövlətin qarşı tərəfin dilini öyrənməsi, adət-ənənəsinə bələd olması siyasi və hərbi müstəvidə üstün mövqe əldə etməsi deməkdir. Bu, tarixən belə olub. Dövlət başçıları qonşu ölkələrə oranın xalqının dilini bilən, ənənələrə bələd olanları elçi qismində, lazım gəldikdə isə agent, kəşfiyyatçı kimi göndəriblər. Birinci Qarabağ müharibəsində həm Azərbaycan, həm də Ermənistan tərəfindən ratsiya vasitəsilə aparılan danışıqların bəzən dinlədildiyi və tərcümə olunaraq məlumat əldə edildiyi halları da olub. Ermənilər Çar Rusiyası tərəfindən Qafqaza, eləcə də Qarabağa köçürüldükdən sonra uzun illər azərbaycanlılarla birgə yaşayış keçirdiklərindən bizim dili bilirdilər, Qarabağ əhalisi də ermənilərin dilini bilirdi. Lakin dil bilmək kifayət etmir. Tarix, ədəbiyyat da öyrənilməlidir ki, qarşındakının xüsusiyyətlərinə, tarixi keçmişinə bələd olasan və buraxılmış səhvlər bir daha təkrarlanmasın. Məsələn, İsrail məktəblərində “İran” fənninin tədris olunacağına dair bir müddət əvvəl məlumatlar verilib. Məlumatda qeyd edilirdi ki, paytaxt Təl-Əviv yaxınlığındakı Xolon şəhərinin “Navon” liseyində şagirdlərə “İran” adlı fənn keçiləcək. Şagirdlərə əsas təhsil sahələrindən biri kimi “İran” fənni təklif edilib və 15 əlaçı məktəbli bunu qəbul edib. Tədris zamanı şagirdlərə İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah), Rza Pəhləvi və oğlu Məhəmmədrza şah dövründə baş verən etiraz mitinqləri, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin siyasəti, ölkədə məzhəb məsələləri, o cümlədən fars dili öyrədiləcək. Həmçinin şagirdlərə İsrailin İranla bağlı təhlükəsizlik və kəşfiyyat məsələləri də dərindən öyrədiləcək. Görünür, professor Firudin Cəlilov “Azərbaycanda erməni dilini, ədəbiyyatını tədris edən fakültə, hətta universitet yaradılmalıdır. Bizə ermənilərlə qarşı-qarşıya dura biləcək, müzakirə aparacaq kadrlar lazımdır, onları hazırlamalıyıq”, deyəndə məhz bu cür hərtərəfli tədrisi nəzərdə tutur. 


Tanınmış ermənişünas alim İsmayıl Tanrıverdinin fikrincə, hansı ölkə ilə münasibətlər gərgindirsə, oranın dilini bilmək və bələd olmaq vacibdir: 

seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri