Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

İran rejimi legitimliyini itirir ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Aliment Fondunun yaradılması yubanır büdcəyə yük, yoxsa?.. ARAŞDIRMA

Aliment Fondunun yaradılması yubanır büdcəyə yük, yoxsa?.. ARAŞDIRMA

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Aliment Fondunun yaradılması niyə yubanır? Nə zaman yaradılacaq?

Bəzən cütlüklər düşünürlər ki, nikaha xitam verilməsi nəticəsində bir çox problem sonlanacaq. Lakin heç də həmişə nəticə gözlənildiyi kimi olmur...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Səmra Əliyeva APA-ya bildirir ki, genofondun qorunmasına cavabdehlik daşıyan, sosial və mənəvi əminliyi təmin edən nikah münasibətlərinin pozulması nəticəsində daha da ciddi aliment problemi ortaya çıxır.

“Valideynlər arasında münasibətlər daha da kəskinləşir, uşaqlar valideynlərinin ayrılması travması ilə yanaşı, eyni zamanda, onların məsuliyyətsizliyi nəticəsində ciddi sosial problemlər də yaşamağa məruz qalır”.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7741 nikah və 3414 boşanma halları qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,7-yə qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Aliment Fondunun yaradılması niyə yubanır?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, dəqiq vaxt məlum olmasa da, yaxın gələcəkdə Aliment Fondu yaradılacaq: “Aliment Fondunun yaradılması vacibdir. Proses hərtərəfli, bütün tərəflərin mövqelərini nəzərə alaraq aparılmalı, vəziyyət dərindən təhlil olunmalıdır. Gərək bununla bağlı müxtəlif fikirləri bir araya gətirək. Aliment Fondunun yaradılacağı təqdirdə, onun mexanizmləri, imkanları, iş qaydaları ətrafında düşünmək gərəkdir. Bu bizim Milli Məclisə verdiyimiz məlumatlarda da, gündəlik məsələlərə münasibətimizdə də öz əksini tapır”.

Xarici ölkələrin təcrübəsi nə deyir?

Təcrübə göstərir ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə, uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə, dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Bu borclunu aliment üzrə öhdəlikdən azad etmir. Çünki tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur və bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür.

Eyni zamanda, bəzi ölkələrdə kollektor qismində bu funksiya özəl fondlara da verilir. Bu cür fondların büdcəsi məcburi tutulmalardan, büdcə dotasiyasından, könüllü ianələrdən və digər mənbələrdən formalaşır.
Bahar Muradovanın sözlərinə görə, məsələ ilə bağlı fərqli düşünənlər, bunun büdcəyə yük olacağını söyləyənlər də var: “Amma nəzərə almalıyıq ki, aliment ödənişi yalnız şəxsin iradəsinə bağlı deyil, həm də onun maddi vəziyyətinə bağlıdır. Ona görə də bunun üzərində işləmək və bunu aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Eyni zamanda, bu fondun fəaliyyəti zamanı tərəflərin öhdəlikləri doğru müəyyənləşdirilməlidir. Ona görə də bu müzakirə və zaman tələb edən məsələdir”.

O bildirib ki, prosesin sürətləndirilməsi üçün mövqelər daha da yaxınlaşdırılmalıdır: “Dövlət Komitəsi məhz bu məsələnin üzərində işləyir. Həmçinin hər iki tərəflə - bunu dəstəkləyən və vacib hesab etməyən tərəflərlə müzakirələr davam etdirilir”.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov qeyd edir ki, Aliment Fondunun dövlət büdcəsi hesabına maliyyələşməsi nəzərdə tutulub. Aliment borcu olan şəxsin əvəzində bu fond məlum məbləği ödəyir, sonra isə dövlət müəyyən mexanizm əsasında o məbləği həmin şəxsdən geri alır.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir. Lakin bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, əldə olunan nəticə yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Hüquqşünas Şamil Paşayev deyir ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə də inzibati məsuliyyət var: “Aliment ödəməyən şəxsə icra məmuru tərəfindən xəbərdarlıq edilir. Şəxs xəbərdarlığa məhəl qoymayıb alimenti ödəmədikdə inzibati məsuliyyətə cəlb edilir. Daha sonra isə Cinayət Məsuliyyətinə cəlb edilməsi ilə bağlı iddia qaldırılır. Cinayət Məcəlləsinin 306-cı maddəsində şəxsin məsuliyyətə cəlb edilməsi və cəzaları müəyyən edilib”.

Hüquqşünas diqqətə çatdırıb ki, şəxsin heç bir gəlirinin olmaması onu məhkəmə qərarından və cinayət məsuliyyətindən azad etmir: “Şəxs qəsdən məhkəmə qərarını icra etməyəndə məsuliyyətə cəlb edilə bilər. Aliment qərarı veriləndə şəxsin əmək fəaliyyəti, qazancı və s. nəzərə alınır”.

Şamil Paşayevin sözlərinə görə, uşağa yetkinlik yaşına çatana qədər ödənilən aliment öhdəliklərinə xitam verilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113-cü maddəsində göstərilib: “Uşaq yetkinlik yaşına çatdıqda və ya çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə, - yəni, uşaq 16-17 yaşında pul qazana bilərsə - 18 yaşa çatmamış yetkin sayıla bilər. Bu zaman alimentə xitam verilə bilər. Aliment verilən uşaq övladlığa götürüldükdə, aliment alan şəxs və ya ödəyən şəxs öldükdə, əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda, eləcə də aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda aliment öhdəliklərinə xitam verilə bilər”.

Hüquqşünas əlavə edib ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə şəxs iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır: “Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə isə cəza təbii ki, nisbətən ağır olur. Bu zaman həmin şəxslər üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir”.

2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdır.

Ötən il alimenti ödəməyən 2298 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb

Ədliyyə Nazirliyinin mətbuat katibi Ləman Hüseynzadə sorğumuza cavab olaraq bildirib ki, 2024-cü ildə 113 806 aliment işi üzrə mütəmadi və ya müəyyən gecikmələrlə aliment ödənilib. Eyni zamanda, 2024-cü ildə 2318 valideyn alimenti ödəmədiyinə görə məhkəmə qərarı əsasında inzibati qaydada həbs edilib: “Bundan əlavə 2025-ci ildə alimentin tutulması tələbinə dair 2738 şikayət olub. ⁠Şikayətlər əsasən borcun ödənilməsi və alimentin tutulması tələbləri ilə bağlı olur. ⁠Qeyd edək ki, alimentin miqdarı məhkəmələr tərəfindən Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq müəyyən edilir.

Ötən il isə alimenti ödəməyən 2298 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb”.

Şikayətlərin mühüm bir hissəsi aliment tələbinə dair məhkəmə qərarlarının vaxtında və tam icra olunmaması ilə bağlıdır

Suallarımızı cavablandıran Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirir ki, edilən şikayətlərin mühüm bir hissəsi aliment tələbinə dair məhkəmə qərarlarının vaxtında və tam icra olunmaması ilə bağlıdır: “Azərbaycan qanunvericiliyinə görə, hər bir uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 55.2 maddəsində göstərilir ki, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin və ya onları əvəz edən şəxslərin sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yəni, alimentin təyin edilməsinin əsas mahiyyəti uşağın ehtiyaclarının ödənilməsidir: “Məlumdur ki, bir çox borclular aylarla, bəzən illərlə aliment ödəməkdən yayınırlar. Boşanmaq heç bir halda nə qadını, nə də kişini valideynlik vəzifəsindən və məsuliyyətindən azad etmir. Əksinə, onlar elə etməlidirlər ki, bu hadisə uşaqların həyatına, təhsilinə, sağlamlığına zərər vurmasın, ancaq biz bunun əksini müşahidə edirik. Bu uşaqlar arasında xroniki xəstəliyi və ya əlilliyi olan varsa, vəziyyəti daha da çətinləşir. Bəli, aidiyyəti üzrə müvafiq qurumlar çalışırlar ki, borclu alimenti ödəsin. Ancaq biz yenə də görürük ki, bu bir çox hallarda inzibati formada reallaşır. Borclu bunu bir məsuliyyət və valideynlik vəzifəsi hesab etmir. Əksinə bundan qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə edir. Bildiyiniz kimi, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası var və qanunvericiliyimiz zamanın tələbinə uyğun olaraq təkmilləşir və inkişaf edir”.

Borclu məsuliyyətə cəlb edilsə də, alimenti ödəmir

Hicran Hüseynova hesab edir ki, insanlar bu və ya digər səbəbdən birgəyaşayışın bitdiyini düşünür və boşanmağa qərar verirlər: “Ancaq bununla yanaşı, öz valideynlik vəzifələrini də yerinə yetirilər. Lakin borcunu ödəməyən şəxslər də var. Düzdür, alimenti ödəməyən şəxs üçün qanunvericilikdə göstərildiyi kimi, inzibati və ya cinayət məsuliyyəti müəyyən edilib. Lakin təcrübədə biz görürük ki, borclu bu və ya digər məsuliyyətə cəlb edilsə də, alimenti ödəmir. Burada əsas məsələ uşaqlara layiqli həyat yaşatmaq, onların hüquqlarını qorumaq və eyni zamanda, borclunun məsuliyyətini stimullaşdıracaq bir sistem yaratmaqdır”.

Hicran Hüseynova beynəlxalq təcrübəyə də toxunub: “Bir çox ölkədə belə bir fond fəaliyyət göstərir və bu yalnız borcunu ödəməyən şəxsləri əhatə edir. Aliment ödəməkdən yayınan şəxslərin reyestri yaradılır. Belə bir reyestrin mövcudluğu davamlı borcunu yerinə yetirməyən şəxsə qarşı gücləndirilmiş tədbirlərin görülməsi üçün çox vacibdir. Bu mənada belə bir fondun olması yaxşı olardı. Alimenti ödəməyən şəxsin yerinə vəsaiti fond ödəyir. Borclu artıq vətəndaşa deyil, dövlətə borclu olur. Dövlət isə həmin vəsaiti vaxtında ödənilməsə, dəbbə pulu ilə birgə həmin şəxsdən geri alır. Aliment Fondunun yaradılması uşaqları müdafiə etməklə yanaşı, dövlətin iqtisadi yükünü azaldır. Bir daha vurğulamaq istərdim ki, uşaqlar valideynlərinin ayrılığının nəticələrini daşımamalı və onların rifahı üçün lazım olan maliyyə vəsaitlərini almalıdır”.

Aliment verilmirsə, uşağın yaşam imkanları aşağı düşür

Bahar Muradova Aliment Fondunun ilk növbədə uşaqların mənafelərinə xidmət etməli olduğu qənaətindədir: “Aliment verilmirsə, uşağın yaşam imkanları aşağı düşür. Eləcə də burada aliment ödəyicilərinin maddi vəziyyəti də nəzərə alınmalıdır. Onlar aliment ödəmək imkanlarına malik olmalıdır. İşsizdirsə, işlə təmin olunmalıdır. Hansısa başqa bir səbəb varsa, onun üçün də müxtəlif tədbirlər görülməlidir. Nəticədə uşaq dövlətin himayəsindədir. Bu baxımdan dövlət bunu təşkil etməlidir və edəcək də. Dövlət bu işin məsuliyyətini anlayır. Bu məsələ çevik yanaşma tələb edir. Qanunvericiliyə dəyişiklik yalnız bir qurumun təklifi ilə olmur. Buna bağlı bütün tərəflərin mövqeyini, razılaşmasını tələb edir”.

Dövlət Komitəsi tərəfindən Aliment Fondunun yaradılması barədə hazırlanmış layihə sənədi hökumətə təqdim edilib

Seymur Məmmədovun sözlərinə görə, Dövlət Komitəsi tərəfindən Aliment Fondunun yaradılması barədə hazırlanmış layihə sənədi hökumətə təqdim edilib: “Fondun yaradılması maliyyə tutumlu məsələdir və onun idarə edilməsi, daxil olan müraciətlərdə sui-istifadə amillərinin aşkara çıxarılması, məqsədli şəkildə alimentin əldə edilməsinin müəyyən edilməsi və bu kimi faktorların qarşısının alınması məqsədilə konkret mexanizmlər müəyyənləşdirilməlidir. Hesab edirik ki, fondun yaradılması ölkə üzrə aliment ödənilməməsi hallarının dinamikasına müsbət təsir edəcək. Eyni zamanda, layihədə nəzərdə tutulmuş müvəqqəti dövlət yardımının təyin edilməsi alimenti ala bilməyən uşaqların sayının azalmasına gətirib çıxaracaq ki, bununla da dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirmiş olacaq”.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludur”.

Statistika göstərir ki, ötən 10 il ərzində alimentlə bağlı icraatda olan işlərin sayı kifayət qədər artıb

Səmra Əliyeva bildirir ki, boşanma prosesindən sonra valideynlərdən biri digərinə uşağın saxlanılması üçün könüllü şəkildə ödəniş etməyə razı deyilsə, bu zaman məhkəmə qaydasında aliment təyin edilir:

“Statistika göstərir ki, ötən 10 il ərzində alimentlə bağlı icraatda olan işlərin sayı kifayət qədər artıb. Bütün bu hallar əlbəttə ki, öncə uşaqların təminatında ciddi fasilələr yaradır və onların rifahına təsir edir.

Təkcə 2021-2023-cü illərdə Dövlət Komitəsində alimentin ödənilməməsi ilə bağlı 1150-dən çox müraciət qeydə alınıb. Vətəndaş müraciətləri aidiyyəti üzrə baxılması üçün müvafiq quruma, eləcə də, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq iqtisadi zorakılığın araşdırılması məqsədilə yerli icra hakimiyyətlərində yaradılmış “Məişət zorakılığının qarşısının alınması” sahəsində monitorinq və əlaqələndirmə qruplarına ünvanlanmış, vətəndaşlar hüquqi istiqamətdə məlumatlandırılıb.

Hazırkı mənzərə alimentlərin ödənilməməsi, valideyn məsuliyyətinin dərk edilməməsi ilə bağlı ciddi problemin olduğunu göstərir...”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Aprel 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see180

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see158

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri