Icma.az
close
up
RU
Sosioloq: Aliment fondunun yaradılması təqdirəlayiqdir

Sosioloq: Aliment fondunun yaradılması təqdirəlayiqdir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycanda Ailment Fondunun yaradılması təklif olunur.

Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, komitə Aliment Fondunun yaradılmasını təklif edir.

Qeyd edək ki, İnsan hüquqları üzrə Müvəkkilin (ombudsman) 2024-cü ilə dair hesabatında da Aliment Fondunun yaradılması təklifi yer almışdı.

Bəzi deputatlar isə qeyd etmişdilər ki, fondun yaradılması saxta boşanmaların sayını artıra bilər.


Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, Aliment fondunun yaradılması ilə bağlı  təklif  ötən illərdən mütəxəssislər tərəfindən irəli sürülmüşdü:


“Hər kəs  bu fondun yaradılmasının məqsədəuyğun olduğunu düşünürdü. Çünki fonda toplanan vəsait boşanmış ailələrin maddi vəziyyətinə görə uşaqlara ayrıla, belə ailələrin övladlarının hər biri eyni hüquqa sahib olar və eyni məbləğdən bəhlənə bilər. Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin bu təklifi gündəmə gətirib yenidən irəli sürməsi təqdirəlayiqdir. Aliment fondu yaradılarsa və müəyyən edilmiş qanunlar çərçivəsində fəaliyyət göstərərsə, aylarla aliment ala bilməyən, ehtiyacları ilə üz-üzə qalan bir uşaq belə olmaz. Məlumdur ki, 2025-cü il yanvar ayının 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılıb. Təbii ki, qiymətlərin hər gün kosmik sürətlə bahalaşdığı bir ölkədə bu, çox aşağı  məbləğdir. Əgər nəzərə alsaq ki, boşanan tərəf minimum əmək haqqından bir qədər artıq əmək haqqı alır, təxminən 500-700 manat civarında, belə insanlar isə yüzlərlədir. Bu təqdirdə, boşanan ailələrdə böyüyən uşaqların da əksəriyyəti yüksək məbləğdə aliment ala bilməyəcək”.


Ekspert qeyd edib ki, 246 manat bir uşağın ay ərzində qidalanmasını və digər ehtiyaclarını ödəyə bilməz:

“Məsələn, uşaq körpədir, süni qida ilə qidalanır, bu isə üç gündən bir alınır. Həmçinin ona gündəlik uşaq bezi lazımdır. Gəlin, görək, 246 manat bir ay ərzində tək bunları almağa imkan verirmi? Bəs bu uşağın digər ehtiyacları da var axı: geyim, həkim müayinəsi, digər yardımçı qidalar və sair. Bir qədər böyüdükdən sonra isə ehtiyaclar ikiqat artır. Qiymətlərə gəlincə isə, bu sahədə ölkədə nəzarət mexanizmi olmadığı üçün bu gün alınan bir məhsulu sabah daha baha qiymətə almalı olursan. Aliment fondu yaradılandan sonra düşünürəm ki, övladını tək böyüdən istər qadın, istərsə də kişi alimet problemi yaşamayacaq. Və kimin bu fonda hansı məbləğdə vəsait ödəyəcəyinə baxmayaraq, yaxşı olardı ki, aliment bütün uşaqlar üçün eyni məbləğdə müəyyənləşdirilsin. Düşünürəm ki, aliment fonudunun yaradılması elə bu məsələnin də həlli olacaq. Eyni zamanda alimentin xərclənməsinə də nəzarət olmalıdır ki, bəzi valideynlər uşağın haqqı olan məbləği öz şəxsi ehtiyacı üçün xərcləyib onu bundan məhrum etməsin. Söhbət  gələcəyimiz olan uşaqlardan, onların inkişafından, sağlam böyüməsindən, təhsilindən, bir sözlə, cəmiyyətə layiqli bir vətəndaş kimi verilməsindən gedir. Bu gün 246 manat aliment çox aşağı məbləğdir, bunu həm də bütün uşaqlar ala bilmir. Bu təqdirdə ümidvaram ki, təklif reallaşar və alimentin eyni məbləğdə olmasına və xüsusilə də hər bir uşağın haqqı olandan istifadə etməsinə şərait yaradar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 May 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri