Icma.az
close
up
RU
Aliment ödəyənlərin nəzərinə Qaydalar dəyişdi

Aliment ödəyənlərin nəzərinə Qaydalar dəyişdi

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda alimentlə bağlı məhkəmə qərarlarının beynəlxalq səviyyədə tanınması və icrası istiqamətində mühüm addım atılır. Milli Məclisdə müzakirəyə çıxarılan yeni dəyişikliklərə əsasən, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında konvensiyalara edilən əlavələr xüsusilə yetkinlik yaşına çatmayan uşaqlarla bağlı aliment qərarlarının digər ölkələrdə icrasını daha əlçatan və effektiv etməyi hədəfləyir. Bu isə dövlətlərarası hüquqi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında məhkəmə qətnamələri və qərarları dövlət adından çıxarılır və həmin qərarların icrası məcburi xarakter daşıyır:

“Son dövrlərdə təkcə aliment məsələləri deyil, həm də barələrində məhkəmə qətnaməsi qəbul olunmuş şəxslərin digər maddi öhdəliklərini yerinə yetirməməsi halları müşahidə olunur. Müxtəlif yayınma yollarından istifadə edilməsi nəticəsində bu öhdəliklərin icrası çətinləşir və prosesə maneələr yaranır. Belə vəziyyətlərdə icra məmurları məhkəmə qətnamə və qərarlarının icrasını təmin etmək imkanında müəyyən çətinliklərlə üzləşirlər. Bu problem təkcə ölkəmiz üçün xarakterik deyil. Zaman-zaman regional və beynəlxalq səviyyədə ədliyyə strukturlarının rəhbərlərinin görüşlərində də bu məsələlər müzakirə olunub və vurğulanıb. Belə halların aradan qaldırılması üçün ilkin təkliflərdən biri beynəlxalq ədliyyə sistemi və konvensiyanın yaradılması olmuşdur. Bu konvensiyanı imzalayan ölkələrin həmin sistemə qoşulması və məhkəmə qərarlarının icrası ilə bağlı vahid mexanizmin formalaşdırılması nəzərdə tutulurdu”. 
O deyib ki, dövlətlərin qəbul etdiyi qərarlardan yayınan şəxslər aşkar edildikdə, onların müvafiq ölkələrə təhvil verilməsi kimi mexanizmlər də müzakirə mövzusu olub:
“Daha sonrakı mərhələdə isə prosesin sadələşdirilməsi və effektivliyinin artırılması məqsədilə dövlətlərin vahid elektron sistem çərçivəsində fəaliyyət göstərməsi ideyası irəli sürülüb. Məsələn, əmək miqrasiyası ilə başqa ölkəyə gedən şəxsin barəsində axtarış elan olunduqda və onun məhkəmə qərarının icrasından yayınması müəyyən edildikdə, məlumat elektron sistem vasitəsilə müvafiq ölkəyə ötürülə bilər. Bu halda, məsələn, Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən həmin ölkəyə müraciət edilir, icra olunmalı məbləğ və digər məlumatlar təqdim olunur. Həmin şəxsin gəlirləri əsasında borc müvafiq ölkənin ədliyyə sistemi tərəfindən tutulur və elektron qaydada tanınan məhkəmə qərarı icra edilir. Nəticədə vəsait birbaşa borcun ödənilməli olduğu şəxsə yönləndirilir. Bu, kifayət qədər innovativ yanaşmadır və ölkələr arasında əməkdaşlığın daha səmərəli və qarşılıqlı etimad əsasında qurulmasına xidmət edə bilər. Hesab edilir ki, belə bir konvensiyanın qəbulu gələcəkdə məhkəmə qərarlarından yayınmağa çalışan şəxslərin imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see361

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see323

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see304

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see296

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see288

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see283

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see279

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see277

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see244

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see238

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see229

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see224

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see224

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see223

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see220

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see218

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see212

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see211

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see210

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri