Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Alimentin məbləği dəyişə bilər Mühüm detallar üzə çıxdı

Alimentin məbləği dəyişə bilər Mühüm detallar üzə çıxdı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Alimentin məbləğinin artırılacağı haqda xəbər yayılıb. Bildirilir ki, məbləğin dəyişdirilməsi müəyyən hüquqi prosedurlara uyğun həyata keçirilir.

Alimentin məbləğinin dəyişdirilməsi qanunvericiliyə əsasən hansı hallarda mümkündür? Məbləği hüquqi prosedurlarla necə artırmaq olar?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, aliment öhdəliyi uşağın maddi təminatının qorunmasına xidmət edir:

“Lakin iqtisadi şəraitin dəyişməsi, tərəflərin maddi vəziyyətindəki fərqlər və uşağın artan ehtiyacları əvvəl müəyyən edilmiş aliment məbləğinin hər zaman ədalətli və yetərli olmasını təmin etmir. Bu səbəbdən qanunvericilik alimentin məbləğinin dəyişdirilməsinə hüquqi imkan yaradır. Aliment əsasən bir valideynin uşağın saxlanması üçün ödədiyi pul vəsaitidir. Bu, valideynin borcu, uşağın isə təminat hüququdur. Aliment tərəflərin razılığı əsasında və ya məhkəmə qərarı ilə müəyyən edilə bilər. Qanunvericiliyə görə, alimentin məbləği ilkin məbləğ uşağın real ehtiyaclarını ödəmədikdə, tərəflərin maddi vəziyyətində əhəmiyyətli dəyişiklik baş verdikdə və ya uşağın mənafeyi bunu tələb etdikdə dəyişdirilə bilər. Əsas prinsip ondan ibarətdir ki, dəyişiklik uşağın mənafeyinə xidmət etməlidir”.

Ellada Bayramova bildirib ki, alimentin artırılması üçün əsas yaradan bir sıra hallar var:

“Bura uşağın məktəbə, yaxud bağçaya başlaması, əlavə təhsil və kurs xərclərinin yaranması, tibbi xərclərin artması, eləcə də yaş artımı ilə bağlı qida və geyim xərclərinin çoxalması daxildir. Bu hallar sübut edildikdə, alimentin artırılması hüquqi baxımdan əsaslı sayılır. Eyni zamanda aliment ödəyən valideynin gəlirlərinin artması da məbləğin artırılması üçün əsasdır. Məsələn, əməkhaqqının yüksəlməsi, yeni iş yerinin əldə edilməsi, sahibkarlıq fəaliyyətindən və ya əmlakdan gəlir əldə olunması bu qəbildəndir. Uşaq valideynin maddi rifahından kənarda saxlanıla bilməz. Aliment alan valideynin maddi vəziyyətinin pisləşməsi, yəni işini itirməsi, xəstələnməsi və ya əmək qabiliyyətinin azalması nəticəsində uşağın saxlanması yükünün faktiki olaraq onun üzərində qalması da məbləğin artırılmasına əsas verə bilər. İqtisadi şəraitin dəyişməsi, o cümlədən inflyasiya, qiymət artımı nəticəsində əvvəl təyin edilmiş aliment real dəyərini itirərsə və yaşayış minimumundan aşağı qalarsa, məhkəmənin bu amili nəzərə alması mümkündür”.

Ellada Bayramova

Hüquqşünasın sözlərinə görə, alimentin artırılması üçün əlavə iki üsul da var:

“Belə ki, tərəflər notarial qaydada saziş bağlayaraq və ya mövcud sazişə dəyişiklik edərək məsələni könüllü şəkildə həll edə bilərlər. Bu halda məhkəməyə müraciət tələb olunmur və sənəd icra sənədi qüvvəsinə malik olur. Razılıq əldə edilmədikdə isə məsələ məhkəmə qaydasında həll edilir. İddia ərizəsini aliment alan tərəf verir. Bu zaman məbləğin artırılması əsaslandırılmalı, müvafiq sübutlar təqdim edilməlidir. Məhkəmə qərar qəbul edərkən uşağın xərclərini təsdiqləyən sənədlərə – təhsil, tibbi xidmət, əlavə kurs və digər gündəlik xərclər, eləcə də aliment ödəyənin gəlirlərini göstərən sənədlərə baxır. Aliment gəlirin müəyyən faizi və ya sabit pul məbləği formasında təyin oluna bilər. Əgər aliment gəlirin faizi kimi müəyyən edilibsə, gəlir artdıqda məbləğ avtomatik artır. Sabit məbləğ kimi təyin edildikdə isə dəyişiklik üçün ayrıca məhkəmə qərarı tələb olunur. Məhkəmə qərar verərkən uşağın mənafeyini, tərəflərin maddi vəziyyətini, digər aliment öhdəliklərinin olub-olmamasını, valideynin əmək qabiliyyətini və real gəlir imkanlarını kompleks şəkildə qiymətləndirir. Qiymətləndirmə yalnız rəsmi gəlirlərlə məhdudlaşmır. Qərar qüvvəyə mindikdən sonra icra məmuru vasitəsilə icra olunur və yeni məbləğ əvvəlki qərarı əvəz edir. Borclu ödənişdən yayınarsa, qanunvericiliyə uyğun icra tədbirləri görülür”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri