Icma.az
close
up
RU
“Səbail” üçün Qubada yeni plan: süni, yoxsa təbii ot örtüyü?

“Səbail” üçün Qubada yeni plan: süni, yoxsa təbii ot örtüyü?

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Almaniya şirkətinin nümayəndələrinin Quba Olimpiya Kompleksinin stadionuna dəvəti ilk növbədə baxış məqsədi daşıyıb. Onlar yerli iqlim, drenaj xətləri və digər məsələləri araşdıraraq rəy verməli idilər. Şirkət meydançaya son nəsil süni ot örtüyünün salınmasını təklif edir”.

Bu sözləri Birinci Liqada çıxış edən “Səbail” futbol klubunun prezidentinin müşaviri Emin Abbasov deyib.

O bildirib ki, klubun gələcəkdə “Quba” adı ilə fəaliyyət göstərəcəyini nəzərə alan rəhbərliyin əsas tələblərindən biri akademiyanın da bölgədə yerləşməsidir.

“Belə olan halda, bir meydançada həm əsas, həm də aşağı yaş qrupları üzrə komandaların məşq və oyunlarını keçirməsi mümkün deyil. Biz istəyirik ki, təbii ot örtüklü meydança olsun. Amma reallıqla barışmaq lazımdır. Ot örtüyünə qulluq edən şirkətlər təbii örtüklü meydançada komandaların ən yaxşı halda həftədə bir oyun və bir məşq keçirməsinə icazə verir. Hələ yekun qərar verilməyib. Bu, həm də bir dilemmadır: ya akademiya Bakıda olmalı, əsas komanda da paytaxtda qalmalı və meydançada təbii ot örtüyü saxlanılmalıdır, ya da süni örtüyə keçərək klub fəaliyyətini tamamilə Qubada qurmalıdır”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

“Bildiyim qədərilə, gələcəkdə həm əsas komanda, həm də akademiya üçün ayrıca məşq bazalarının inşası nəzərdə tutulub. Amma bu işlər vaxt aparacaq. Torpaq sahələrinin ayrılması, tikinti işləri və digər məsələlər var. Həmin layihələr həyata keçirildikdən sonra süni ot örtüyünü təbii ot örtüyü ilə əvəz etmək problem olmayacaq”, - deyə klub rəsmisi əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Noyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri