Bu, münasibətlərə töhfə verəcək Ceyhun Bayramov
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Son dövrdə Azərbaycan-Estoniya münasibətlərində çox ciddi dinamika müşahidə edirik. Bu, münasibətlərin inkişafı baxımından müsbət haldır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bir ildən bir qədər əvvəl, ötən ilin oktyabrında estoniyalı həmkarı Azərbaycana rəsmi səfər edib. Həmin səfər zamanı bir sıra mühüm məsələlər müzakirə olunub və ikitərəfli münasibətlərin inkişafı istiqamətində addımlar atılıb.
C.Bayramov bu gün Estoniyanın Azərbaycandakı səfirliyinin açılış mərasiminin keçirildiyini xatırladıb. O, mərasimin səhər saatlarında estoniyalı həmkarı ilə birlikdə baş tutduğunu və Estoniyanın Azərbaycandakı ilk rezident səfirinin fəaliyyətə başladığını diqqətə çatdırıb.
XİN rəhbəri səfirliyin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 27 Noyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















