Torpaq sahələri ilə bağlı qaydalar dəyişir Deputatdan AÇIQLAMA
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin plenar iclasında Mülki Məcəllədə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Müşfiq Məmmədli torpaq sahələrinin dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin vətəndaşların iqtisadi imkanlarının genişlənməsinə, daşınmaz əmlak bazarının şəffaflaşmasına və dövlətə etimadın möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, layihənin əhəmiyyətini üç əsas istiqamətdə dəyərləndirən parlamentari ilk növbədə sosial ədalət və hüquqi bərabərlik məsələsinə toxunub. Onun sözlərinə görə, vətəndaşlar sənədləşdirmə mexanizmlərində baş vermiş dəyişikliklərin mənfi nəticələri ilə üzləşməməli, eyni hüquqi əsaslarla torpaq əldə etmiş şəxslərin mülkiyyət hüquqlarının fərqli dövrlərdə fərqli qaydada qorunması problemi hüquqi dövlət prinsiplərinə uyğun olaraq aradan qaldırılmalıdır.
İkinci mühüm istiqamət kimi mülkiyyət hüquqlarının iqtisadi dövriyyəyə inteqrasiyasını göstərən M.Məmmədli torpaq sahəsinin qeydiyyata alınmasının vətəndaşa yalnız çıxarış deyil, həm də əmlakını satmaq, bağışlamaq, icarəyə vermək və ya girov qoymaq kimi geniş iqtisadi imkanlar qazandırdığını, bunun da regionlarda iqtisadi fəallığı artıracağını qeyd edib. Bakıda online alış-veriş
Üçüncü istiqamətin vətəndaş-dövlət münasibətlərində etimadın gücləndirilməsi olduğunu deyən deputat regionlarda keçirilən görüşlərdə daşınmaz əmlakın sənədləşdirilməsinin ən aktual problemlərdən biri kimi qaldırıldığını vurğulayıb. O, xüsusilə kənd və qəsəbələrdə uzun illərdir həyətyanı torpaq sahələrindən istifadə edən sakinlər üçün bu layihənin mühüm irəliləyiş olduğunu bildirib.
M.Məmmədli qanunun icrası zamanı qeydiyyat mexanizmlərinin sadə və əlçatan olmasının, elektron xidmət sistemlərindən səmərəli istifadə edilməsinin, əlavə bürokratik maneələrə yol verilməməsinin və vətəndaşlar arasında geniş maarifləndirmə işinin aparılmasının vacibliyini də diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Noyabr 2026 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















