Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Alimlər bacardı: Beyin xərçəngi ilə mübarizədə yenilik ARAŞDIRMA

Alimlər bacardı: Beyin xərçəngi ilə mübarizədə yenilik ARAŞDIRMA

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Alimlər qlioblastoma və digər sinir sistemi xəstəliklərinin müalicəsində inqilabi irəliləyiş əldə ediblər.

AZƏRTAC “ScienceDaily” saytına istinadla xəbər verir ki, tədqiqatçılar immun hüceyrələrini beyinə yönləndirmək və şişləri hədəf alaraq məhv etmək üçün yeni bir “molekulyar GPS” texnologiyası hazırlayıblar. Bu innovativ yanaşma siçanlar üzərində aparılan təcrübələrdə müvəffəqiyyətlə sınaqdan keçirilib və texnologiyanın 2025-ci ildə klinik sınaqlarda tətbiq olunması gözlənilir.

ABŞ-da hər il təxminən 300 min insan beyin xərçəngi diaqnozu alır ki, bu da uşaqlarda xərçəngdən ölüm hallarının əsas səbəblərindən biridir. Qlioblastoma isə ən ölümcül beyin xərçəngi növlərindən biri hesab olunur. Ənənəvi müalicə metodları, o cümlədən cərrahiyyə və kimyaterapiya, yüksək risk daşıyır və beyinə dərmanların nüfuz etməsi həmişə mümkün olmur. Bu problemi həll etmək üçün Kaliforniya Universitetinin (UCSF) tədqiqatçıları immun hüceyrələrə bədən daxilində hərəkət etməyə və dəqiq hədəfə çatmağa imkan verən “molekulyar poçt” sistemi hazırlayıblar. Bu sistem “poçt kodu” (beyin) və “küçə ünvanı” (xərçəng hüceyrəsi) vasitəsilə hüceyrələrin düzgün istiqamətə yönəlməsini təmin edir. Tədqiqatçılar beynin spesifik strukturlarında ifadə olunan “brevikan” adlı zülaldan “poçt kodu” kimi istifadə ediblər. Bu zülal yalnız beyində olur və beynin jeleyəbənzər strukturunun formalaşmasına kömək edir. “Küçə ünvanı” kimi isə qlioblastoma hüceyrələrində olan iki fərqli zülaldan istifadə olunub. Bu yanaşma ilə proqramlaşdırılmış T hüceyrələri yalnız brevikan zülalını aşkar etdikdən sonra beyin şişi ilə əlaqəli zülallardan birini müəyyən edir və həmin xərçəng hüceyrələrinə hücum edir. Bu üsul, bədənin digər orqanlarındakı eyni zülalların olduğu sağlam toxumaların zərər görməsinin qarşısını alır. Qan dövranına daxil edilən hüceyrələr siçanların beyninə yönləndilib və böyüyən şişi aradan qaldırıb. Qan dövranında qalan immun hüceyrələri isə hərəkətsiz qalıb. 100 gündən sonra siçanların beyninə yeni xərçəng hüceyrələri yerləşdirilib, lakin immun hüceyrələrin hələ də aktiv olduğu və yeni şiş hüceyrələrini taparaq məhv etdiyi müşahidə olunub. Bu, xərçəngin təkrarlanmasının qarşısının alınmasında böyük potensialı olan mühüm kəşfdir.

Tədqiqatçılar, həmçinin beyin iltihabını azaltmaq üçün eyni texnologiyadan istifadə edərək, dağınıq sklerozun (DS) müalicəsinə də yenilik gətiriblər. T-hüceyrələri antiinflamatuar molekullar daşıyan hüceyrələrə çevrilib və siçanların beyinlərindəki iltihabı uğurla azaldıb. Bu yanaşma, digər sinir sistemi xəstəliklərinin müalicəsi üçün də böyük potensiala malikdir.

UCSF onkoloqu və layihənin aparıcı tədqiqatçılarından biri olan Dr. Hideho Okada bu kəşfi belə qiymətləndirib: “Qlioblastoma ən ölümcül xərçənglərdən biridir və bu yanaşma xəstələrə mübarizə şansı verməyə hazırdır. Gələcəkdə xərçəng, beyin metastazları, immun xəstəliklər və neyrodegenerasiya ilə mübarizədə milyonlarla xəstə bu yenilikdən faydalana bilər”.

Alimlər ümid edirlər ki, “molekulyar GPS” sistemi tezliklə klinik sınaqlara təqdim olunacaq və gələcəkdə yalnız xərçənglə deyil, həm də digər sinir sistemi xəstəlikləri ilə mübarizədə də istifadə ediləcək. Bu innovativ texnologiya, xərçəng müalicəsində inqilab edəcək və xərçəngin təkrarlanmasının qarşısını almaqda mühüm rol oynayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2024 04:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see252

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see249

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see245

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see243

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see238

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see231

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see227

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see223

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see218

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see205

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see200

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see196

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see194

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see192

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see191

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see188

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see179

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see175

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see174

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri