Icma.az
close
up
RU
Alimlər Motsartın üz cizgilərini onun kəllə sümüyü əsasında bərpa etdi (FOTO)

Alimlər Motsartın üz cizgilərini onun kəllə sümüyü əsasında bərpa etdi (FOTO)

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alimlər dahi bəstəkar Volfqanq Amadey Motsartın üz quruluşunu onun kəllə sümüyü əsasında bərpa edərək, necə göründüyünü nümayiş etdiriblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" xəbər yayıb.

Uzun illərdir Motsartın dəqiq görünüşü müəmmalı olaraq qalırdı. Onun həyatı dövründə çəkilmiş rəsmlər az sayda olub və mövcud portretlər bir-birindən xeyli fərqlənir. Bəzi rəsmlər onun uşaqlıq illərinə aiddir, digərləri isə natamamdır və ya orijinallığı mübahisəlidir. Lakin müasir texnologiyalar sayəsində alimlər Motsartın ehtimal edilən kəllə sümüyü üzərində rekonstruksiya apararaq onun real simasını ortaya çıxarıblar.

Üz rekonstruksiyası üzrə ekspert Tsitseron Moraes bildirib ki, Motsarta aid olduğu güman edilən kəllə sümüyü üzərində işləmək təsadüf nəticəsində mümkün olub. O, başqa bir layihə üzərində çalışarkən bu sümüyə rast gəlib və komandası ilə birlikdə rekonstruksiya prosesinə başlayıb.

"Kəllə sümüyü ümumilikdə yaxşı vəziyyətdə idi, lakin alt çənə və bəzi dişlər çatışmırdı. Bununla belə, biz statistik məlumatlar və anatomik uyğunluq metodları ilə bunları bərpa edə bildik", deyə Moraes izah edib.

Beynəlxalq tədqiqatçılar qrupu əvvəlcə kəllə sümüyünün virtual modelini hazırlayıb, sonra isə üz cizgilərinin tam rekonstruksiyası üçün müxtəlif texnikalardan istifadə edib. Alimlər yumşaq toxumaların qalınlığı ilə bağlı göstəricilərdən və yüzlərlə yetkin avropalının ölçü məlumatlarından istifadə edərək Motsartın burun, dodaq, qulaq və digər üz xətlərini müəyyən ediblər.

"Biz, həmçinin, anatomik deformasiya texnikasından istifadə edərək virtual donorun başını Motsartın kəllə sümüyünün parametrlərinə uyğunlaşdırdıq. Bu metod bizə maksimal dəqiqliklə onun üz cizgilərini yaratmağa imkan verdi", deyə ekspert əlavə edib.

Hazır olan Motsart büstü, dövrünə uyğun saç düzümü və geyimlə tamamlanaraq təqdim edilib. Alimlər bəstəkarın simasının "zərif" olduğunu qeyd ediblər.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Mart 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri